
Futbol / Gündəm
9.02.2025, 00:27
"Zaqatala"nın kapitanı: "Üç ay yaşıl meydandan kənarda qalacam"
I Liqanın ikinci yarsın “Zaqatala” qələbəylə başlasa da, komanda XII turda “Mingəçevir” ilə matçda kapitanı Kənan Müslümovu itirdi. Futbolçi oyunun gedişatında zədələnərək əvəzləndi. Dörd gün əvvəl isə oyunçunun əməliyyatı uğurla həyata keçirildi. Kənan Müslümov zədəsi, əməliyyatı və nə qədər müddətə yaşıl meydandan kənarda qalması haqqında Forvard.az – a danışdı.
“Çempionatın ikinci raunduna yaxşı başlamışıq. XII turda doğma divarlar arasında “Mingəçevir” üzərində inamlı qələbə qazandıq. Növbəti turda isə səfərdə “Sportinq Baku” ilə matçda da qızıl bir xal qazandıq. Onu da xüsusi vurğulayım ki, həmin görüş olduqca kəskin hava şəraitində keçdi, bizim üçün küləkli havada oynamaq çox çətin idi. Hesab edirəm ki, hazırkı tempi qorusaq uğur qazanacağıq. Hər oyuna final matçı kimi yanaşırıq. Məqsədimiz hər turda maksimum nəticə qazanmaqdıq. Düşünürəm ki, qarşımıza qoyduğumuz hədəfə nail olsaq, mövsümün sonunu ilk “3-lük”də tamamlaya bilərik. Zədəmə gəlincə, “Mingəçevir” ilə oyuna əlavə olunan dəqiqələrdə zədələndim. İlkin diaqnozdan sonra travmamın ciddi olduğu aydınlaşdı. MRT olunan zaman sol ayağımın axil vətərinin qopması aydınlaşdı. Fevralın 5-də Bakıda əməliyyat olundum. Proses uğula tamamlandı. Üç-dörd həftə gipsdə olacam. Ardınca fizioterapiya vasitəsilə bərkitmə prosesi başlayacaq. Ümumi götürəndə üç ay yaşıl meydandan kənarda qalacam”.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay