
Futbol / Gündəm
20.12.2024, 22:25
Rüstəm Məmmədov: "İlk 3-lük"də yer almaq üçün iddiamızı davam etdirəcəyik"
1-ci liqada mübarizə aparan "Zaqatala" qeyri-stabil çıxışıyla diqqət çəkir. Bölgə təmsilçisi 5 turdan sonra X turda doğma meydanda "Cəbrayıl"ı məğlub edə bildi. Komandanın mövcud çıxışı barədə baş məşqçi Rüstəm Məmmədov Forvard.az - a danışdı.
"Biz çalışırıq ki, hər oyunda maksimum nəticə göstərək. Qeyri-stabil çıxışımıza gəlincə, bunun bir neçə səbəbi var. Heyətimiz kasaddır, bununla yanaşı zədədən, xəstəlikdən və cəza limitinə görə kənarda qalan oyunçularımız da olur. Biz uzun illərdi öz stadionumuzda süni meydanda oynamağa öyrəşmişik. Məğlubiyyətimizə bəhanə və rəqiblərimizin qələbələrinə kölgə salmaq istəmirəm, amma uduzduğumuz oyunlarda meydança amilinin təsiri də vardı. Belə ki, palçıqlaşmış, ot örtüyü bərbad stadionlarda oynadığımızdan işimiz çətinləşirdi. Buna rəğmən hesabda məğlub olsaq da, oyun planında heç zəif çıxış etməmişik. Yəni, asan təslim olmuruq. Arxada qalan 10 tura nəzər yetirsək, ev komandası kimi xarakterizə olunuruq. Doğma publika önündə cəmi bir məğlubiyyətimiz var. Son matçda isə artırmaqdayıq. "Karvan"la səfərdə mübarizlik göstərərək 1 xal qazandıq. Həmin oyun Yevlaxda azarkeşlərə alqışla qarşılandı. Son turda da evdə "Cəbrayıl"ı məğlub etdik. Düşünürəm ki, yavaş-yavaş toparlanırıq. İlk "3-lük"də yer almaq üçün iddiamızı davam etdirəcəyik".
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay