
Futbol / Gündəm
2.10.2025, 09:00
“Sabah”ın legioneri yaxşı oynayıb xal itirdiklərini vurğuladı
Azərbaycan Premyer Liqasının VI turunda “Sabah” doğma publika qarşısında “Sumqayıt”ı qəbul etdi. İki qolun qeydə alındığı qarşılaşmada tərəflər sülhə razılaşdı. Matçla bağlı “bayquşlar”ın futbolçusu Stiv Solvet Forvard.az – a fikirlərini açıqladı:
“Qalib gəlməli olduğumuz oyun idi. Düşünürəm ki komanda olaraq yaxşı oynadıq. Matçda üstünlük bizim tərəfimizdə idi. 3 qol vurduq, onlardan sadəcə biri qeydə alındı. Bundan başqa da imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Matça 3 xal üçün çıxmışdıq. Qalib gələ bilmədiyimizə görə təəssüf edirəm. Amma olan oldu, nəticə dəyişməyəcək. Artıq bu oyunu unudub qarşıdakı matçımıza hazırlaşmalıyıq”.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay