Bu gün “Qarabağ” doğma divarlar arasında “Şamaxı”nı qəbul etdi. Gərgin keçən oyunda Ağdam təmsilçisi rəqibini 3:2 hesabıyla məğlub etdi. “Atlılar”ın qapı xətdində Şahruddin Məhəmmədəliyev yer alırdı. O, həmçinin komandanın kapitanı kimi də meydana çıxmışdı. Matçdan sonra yığmamızın “1 nömrə”si Forvard.az – a danışdı.

- Bu gün “Qarabağ”ı kapitan olaraq meydana çıxardın və “Şamaxı” üzərində qələbə qazandız. Oyunla bağlı təəssüratların maraqlıdır...

- Fasilədən sonra oyun çətin olur. Bu gün ağır matç keçirdik, çoxdan idi oynamırdıq. İstədiyimiz kimi norma dincəlməmiş, hazırlıq üçün vaxtımız da az olmuşdu. Amma əsas odur ki, qələbə qazandıq. Bu vacib idi. Kapitanlıq sarğısına gəlincə, ilk dəfə deyil lider kimi komandanı meydana çıxarıram. Etibar edir, güvənirlər, mən də öz növbəmdə komandam üçün əlimdən gələni edirəm və edəcəm də.

- Travma aldığından formanı bərpa etmək üçün xeyli vaxt keçdi. Hazırda özünü necə hiss edirsən?

- Özümü yaxşı hiss edirəm, zədəm sağalıb, istədiyim formaya düşməyə çalışıram. Yalnız havalar soyuyanda bir qədər zədələnmiş əlimdə ağrılar hiss edirəm. Ümumi götürəndə isə hər şey qaydasındadır.

- Bu gün iki qol buraxdın. Müdafiənizdə ciddi boşluqlar var yoxsa rəqib kəsərli hücumlar edirdi?

- Komanda olaraq qol vurur və qol buraxırıq. Təbii ki, “Şamaxı” yaxşı hücumlar təşkil edən klubdur. Rəqiblə Şamaxıdakı oyunlardada onlar hücumda maksimum təzyiq edib qapımıza yol tapmışdılar. Sadəcə qolu hesaba almadılar. Düşünürəm ki, səhvlərimiz üzərində işləməliyik. Belə asan qollar buraxmaq olmaz.

- Qarşıda avrokubok oyunlarınız gəlir. Şanslarınızı necə dəyərləndirərdin?

- Cuzi şansımız varsa belə, ondan maksimum yararlanmalı və sona qədər döyüşməliyik. Avrokuboklarda Azərbaycanı təmsil edirik. Ona görə də əvvəlcə ölkənin adını, sonra isə komandanı düşünməliyik. Təəssüf ki, zədələndiyim üçün Avropa Liqasındakı turnirində sifariş ərizəsinə düşə bilmədim. Halbuki, komandama fayda verməyi çox istərdim.



ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

"Ümid edirəm ki, İtaliya AVRO- 2032 üçün stadionlarını modernləşdirə biləcək"

Reynders "Mançester Siti"nin maraq dairəsində

"Qarabağ" rəsmisinə UEFA-nın diplomu təqdim olundu

"Mançester Siti" "Milan"a 60 milyon avro təklif edəcək

Millimiz 2 yoldaşlıq oyunu keçirəcək

"Arsenal"ın qapıçısı "Real"a keçir

II Liqada XXV turun təyinatları açıqlandı

Vaqif Cavadov "Sumqayıt"dan getdi

Millimiz Dünya Kubokunu başa vurub

Azərbaycan - Litva oyununun vaxtı açıqlandı

MOK-un Atletlər Komissiyasına yeni üzv seçilib

Fernandu Santuş Yunanıstanda - həmyerlisi ilə görüşdü

Cüdo federasiyası mükafata layiq görüldü

"İmişli"nin oyununda konsert

"İmişli"nin oyununda konsert

Qızıl medallar və kubok bu tarixdə "Qarabağ"a təqdim ediləcək

Bakıda “Legend Cup” oyunu keçiriləcək

Karateçilərimizdən uğurlu nəticə

Fransada ilin futbolçusunun adı açıqlandı

“Sabah”dan yubiley

"Turan Tovuz"dan arzuolunan yubiley

Dövlət qurumları arasında 3x3 basketbol yarışı keçirilib

Bədavi Hüseynovdan yubiley matçı

Premyer Liqa: XXXV turun oyun cədvəli açıqlanıb

Mbappe ən yaxşı göstəricisinə imza atıb

"Mançester Yunayted" antirekordunu təkrarlayıb

"Qarabağ", Azərsun Holdinq qarşısında hansı cavabı verəcək?

"Kəpəz" "Sumqayıt"ı məğlub etdi, "Qarabağ"dan qələbə

Azər Bağırov: "Üzərimizdə psixoloji basqı yox idi

“El-Klasiko”da 7 qol

Vaqif Cavadov: "Hakim "Kəpəz"in qalib gəlməsi üçün hər şeyi etdi"

"Sabah" çempionluğun bir addımlığında

Millimiz məğlub oldu

"İmişli"dən bəyanat: "Bizim bunu təmin etməyimiz hüquqi baxımdan mümkün deyil"

Samir Abasov: "Ciddi addımlar atmalıyıq"

Avropa Kuboku: Millimizdən uğurlu start

Kurban Berdiyev: "Azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031