
Voleybol
2.10.2025, 14:27
AVF üzvləri İtaliyaya yollanır
Oktyabrın 4-də Avropa çempionatının (EuroVolley 2026) püşkatma mərasimi keçiriləcək. EuroVolley 2026-nın biletləri isə bu il 7 noyabrda satışa çıxacaq.
Qadın voleybolçuların Avropa çempionatı 21 avqust – 6sentyabr tarixlərində keçiriləcək. Oyunlar Bakı (Azərbaycan), İstanbul (Türkiyə), Brno (Çexiya) və Geteborg (İsveç) şəhərlərində baş tutacaq.
Püşkatma mərasimi şənbə günü Bari şəhərindəki məşhur Norman-Swabian Qalasında keçiriləcək. CEV-in “YouTube” kanalında canlı yayımlanacaq mərasimdə ulduz oyunçular və voleybol ailəsinin bir çox üzvü iştirak edəcək. Tədbirdə Azərbaycan Voleybol Federasiyasının İdarə heyətinin üzvü Elqar Bağırov və millimizin voleybolçusu Ayşən Abduləzimova iştirak edəcəklər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay