
Futbol / Gündəm
3.10.2025, 08:30
İranlı futbolçu: “Azərbaycanda oynamaq mənim üçün qürurdur”
I Liqada son iki turda “Zaqatala”nın heyətində fərqlənən oyunçu Mətin Qəhramanidir. Belə ki, iranlı futbolçu III və IV turlarda qol vuraraq komandasına 4 xal qazandırmağı bacarıb. Bölgə təmisilçisinin müdafiəçisi həm fərqlənməsi, həm də mövsümlə bağlı fikirlərini Forvard.az – a açıqladı:
“İki il olacaq ki, “Zaqatala”nın şərəfini qoruyuram. Ötən mövsümdə qazandığım təcrübə həm klubumda daha da möhkəmlənməyə, həm də liqanı tanımağa kömək etdi. Hazırda daha inamla çıxış edirəm. Müdafiəçi olmağıma baxmayaraq, son iki turda qollar vurduğuma görə sevincliyəm. Amma əsas mənim fərqlənməyim yox, komandamın uğurudur. Bir İran azərbaycanlısı kimi Azərbaycanda oynamaq mənim üçün qürurdur. Burda mənə çox mehriban, doğma münasibət göstərirlər. Bu il çempionat daha gərgin və maraqlı keçir. Turdan-tura daha yaxşı təcrübə toplayırıq. Məqsədimiz hər matçda maksimum nəticə göstərməkdir. Odur ki, bacardıqca yaxşı mübarizə apararaq mövsümün finişinə yaxşı yerlərdən birində tamamlamaq istəyirik”.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay