Futbol / Gündəm
2.12.2024, 23:59
Tovuz təmsilçisinin necə güclü komanda olduğunu yaxşı bilirdik
“Araz-Naxçıvan” dogma meydanda “Turan Tovuz”u məğlub etməklə qələbə seriyasını davam etdirdi. Muxtar Respublika təmsilçisinin legioneri Bernardo Dias oyunla bağlı Forvard.az - a danışdı.
- Bu gün çempionatın iddialılarından olan “Turan Tovuz”u məğlub etdiz. Matçla bağlı fikirlərin maraqlıdır…
- Tovuz təmsilçisinin necə güclü komanda olduğunu yaxşı bilirdik. Oyuna qədər bir həftə ərzində rəqibi maksimum incələmişdik. Yaxşı nəticə qazanmaq bizim üçün çətin olacaqdı. Amma ümidli və iddialıydıq. Şadam ki, ən yaxın izləyicimizi məğlub edib xalq 2-ci pillədə bir qədər də möhkəmləndik..
- Ardıcıl qələbələr sıralayırsız. Motivasiyanız yüksəkdi yoxsa iştahınız artıb?
- Təbii ki, motivasiyamız yüksəkdir. İştahımız haqqında nəsə deyə bilmərəm (gülür). Biz hər oyuna maksimum nəticə üçün çıxırıq. Məqsədimiz bacardıqca yuxarı pillərdə qərarlaşmaq istəyirik.
- Hazırda 2-ci pillədə əlçatmazsız, “Qarabağ”a mesaj verib çempionluq uğrunda çarpışacağıq mesajını vermirsiz?
- Biz kiməsə mesaj vermək yox, daha çox oyunumuza məşqlərimizə və oyunlarımıza fokuslanırıq. Məqsədimiz daha da artırmaqdır. Düşünürəm ki, dediyimi tonusu çempionatın finişinə kimi qorusaq, istədiyimiz uğuru qazana bilərik.
Abdulla İsmayıloğlu
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay