
Futbol
1.10.2025, 15:49
Ceyhun Sultanov "Qarabağ"ın qələbəsinə inanır
Bu gün ÇL qrup mərhələsində "Qarabağ" doğma divarlar arasında "Kopenhagen"i qəbul edəcək. Oyunla bağlı veteran futbolçu Ceyhun Sultanov Forvard.az - a fikirlərini açıqladı:
"Kopenhagen" əzmkar, döyüşkən komandadır. Onlar sona qədər uğur üçün mübarizə aparır. "Qarabağ" üçün asan olmayacaq. Təbii ki,m futbolda hər şey olur. Amma həmişə bütün açıqlamalarımda, şərhlərimdə demişəm və yenə də fikirimdə qalıram ki, "süvarilər" bəlli oyun üslubu ilə istənilən rəqibi məğlub edə, xal ala bilər. Odur ki, "Qarabağ" - "Kopenhagen" qarşıdurmasında təmsilçimizin qələbəsini gözləyirəm".
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay