“Qaradağ Lökbatan” I Liqanın ikinci yarısına uğurla başladı. Komanda doğma divarlar arasında “Cəbrayıl”ı məğlub etdi. Lökbatan təmsilçisinin baş məşqçisi Amit Quluzadəylə komandasındakı atmosfer və qarşıya qoyulan hədəflərlə bağlı Forvard.az – a danışdı.



- Amit müəllim, çempionatın II yarısına qələbəylə başladız. “Cəbrayıl” üzərində qələbəylə bağlı fikirləriniz maraqlıdır...

- Bir qədər geniş danışacam. Mən komandaya 4-cü turda gəldim, klubda vəziyyət heç də yaxşı deyildi. Bizə həm psixoloji toparlanmaq, həm də oyun üslubunu formalaşdırmaq üçün vaxt lazım idi. Turnir cədvəlinin zirzəmisində qərarlaşsaq da, komandama qorxaq futbol sərgiləyib bir xal qoparmağı yox, kreativ oyun sərgiləmək və özünəinamı qaytarmağı aşılamağa çalışdım. Hər turdakı rəqiblərimizi analiz edərək ona uyğun taktika seçir və qələbəyə köklənirdik. 6-cı turdan başlayaraq bütün oyunlarda hücum futbolu sərgiləməyə başladıq. Hətta məğlub olduğumuz matçlar da belə yaradıcı oyun üslubuna sadiq qalır və qollar vururduq. Bütün bunları kasad heyətlə edirdik. İlk yarının son iki oyunu heyət sarıdan çox əziyyət çəkdik. İş o yerə çatdı ki, XI turda evdə “Zaqatala”nı qəbul edərkən ikinci qapıçımız olan Əli Kərimovu meydan oyunçusu kimi start “11-lik”də yer vermişdim. Bütün bu çətinliklərə baxmayaraq qış fasiləsinə kimi futbolçularıma oyun fəlsəfəmi və tələblərimi aşılaya bildim. Təbii ki, komandanı tərk edənlər də oldu. Odur ki, gedənlərin qabağını kəsmədim.

- Yeni transferlər də həyata keçirdiz. Onlar arasında təcrübəli Nurlan Novruzov, elitada oynamış Bahadur Həziyev, iranlı futbolçu Şahin Balajae də var. Bu oyunçular “Qaradağ Lökbatan”a gəlişində Amit Quluzadə amili nə dərəcə rol oynadı?

- Adlarını çəkdiyiniz oyunçulara bizdən başqa maraq göstərən klublar da vardı. Hətta sizi əmin edirəm ki, bizdə verilən maaşdan ən azı iki qatını təklif edən komandalar vardı. Amma o futbolçular mənim dəvətimi, xahişimi yerə salmayıb, bizi seçdi. Onların hər birinə minnətdarlığımı bildirirəm.

- Başqa transferlər olacaqmı?

- Xeyr, əlimizdə olan futbolçularla kifayətlənəcəyik.

- Heyətinizdə iki legioner oyunçu olsa da, onların hər biri azərbaycanlıdır. Həmin futbolçulardan əsas da qapıçı İlnur Vəliyev hələ “Sumqayıt”da çıxış edərkən Azərbaycan vətəndaşlığına keçmək və ən böyük arzusunun yığmamızda oynamasını bildirmişdir. Qolkiperə Azərbaycan pasportunun verilməsi üçün işlər görülürmü?

- Bizdə hər iki oyunçunun, əsas da İlnurun yerli oyunçu statusu almasında maraqlıyıq. O, perspektivli qapıçıdır. Ona Azərbaycanlı pasportu verməklə futbolumuza yeni “əlcək sahib”i qazandırmaq olar. Müəyyən müddətin keçməsini gözləyirik, ondan sonra İlnur Vəliyevə ölkəmizin pasportunun verilməsi üçün aidiyyatı qurumlara müraciət edəcəyik.

- Amit Quluzadə “Qaradağ Lökbatan”ı bataqlıqdan çıxara biləcəkmi?

- Deməzdim ki, bataqlıqdayıq. Aşağı pillərdəyik, bu da təbii ki, bizim layiq olduğumuz yer deyil. Məqsədimiz maksimum təhlükəli zonadan uzaqlaşmaq və bacardıqca yuxarı pillələrdə qərarlaşmaqdır. Biz hər oyuna final matçı kimi çıxırıq. Futbolçularımla birgə qarşımıza qoyduğumuz hədəfə nail olacağımıza inanıram.

ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

Azərbaycan millisinin İsveç və Xorvatiya ilə matçlarına təyinatlar açıqlanıb

VNovak Cokoviç Rafael Nadalın rekordunu qırıb

Ronaldu millidə ardıcıl 22 il qol vuran yeganə oyunçu kimi tarixə düşüb

Lamin Yamal UEFA Millətlər Liqası tarixində qol vuran ən gənc futbolçu olub

Azərbaycanın DÇ-nin seçmə mərhələsindəki sonuncu rəqibi məlum olub

“Yuventus” baş məşqçisi ilə yollarını ayırıb

Mahir Emreli Premyer Liqamızın oyunlarını izləmir, səbəbini özü açıqladı

Toral Bayramov: “Vinger kimi çıxışım pis alınmadı”

Azərbaycan millisinin baş məşqçisi Avropa çempionatının II seçmə mərhələsində keçirdikləri oyunları dəyərləndirib

"Böyük Dəbilqə": Yelkiyev bürünc şansını qaçırıb - YENİLƏNİB

UEFA Millətlər Liqası - gürcülər ilk hissədə 5 qol vurublar - YENİLƏNİR

Norveçin qeyri-adi səhvi - moldovalılar Holanddan narazı qalıblar

Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”

Millimiz Belarusa məğlub olub

Millimizdə debüt edən futbolçu: "İstər-istəməz məğlub olduq”

“Ordu”nun yeni transferi: "Məqsədə nail olacağıq"

Elmar Qasımov Tbilisidə ilk görüşdə məğlub olub

Mahir Emreli: "Fernandu Santuş mənə yaxşı oynadığımı dedi"

"Qarabağ"ın futbolçuları oynadı, Monteneqro qazandı

İspaniya klubuna keçməklə atasına rəqib ola bilər

Toral Bayramov: “Çalışacağıq ki, Belarusla oyunda qələbə qazanaq"

Millimizin Haiti məğlubiyyəti - GENİŞ İCMAL

Fernandu Santuş: "Dəyişiklik etməliyəm, daha çox müdafiədə oturub, əks-hücumlara üstünlük verəcəyik"

Haiti millisinin baş məşqçisi: "Azərbaycan millisinin zəif və güclü tərəflərini bilirdik"

Fernandu Santuş qələbəsiz davam edir - 7 oyun

KİV: Mbappe dünyanın ən yaxşı hücumçusudur

DÇ-2026: Norveç və Uels yığmaları qalib gəlib, Qazaxıstan millisi uduzub

Azərbaycan millisinin baş məşqçisi: "Komanda sanki meydana məğlub olmaq üçün çıxmışdı"

Bədavi Hüseynov: “Psixoloji gərginliyimiz var”

Aslan Kərimov yığmamız üçün Gürcüstan seçməsinin taktikasını nümunə çəkdi

Səbuhi Abdullazadə:“Fərqli nəticə ola bilərdi...”

Okeanın o tayından ilk QONAQ - STATİSTİKA

AFFA-dan sənədləri saxtalaşdıran klub rəsmilərinə sərt cəza – bölgə klubu yarışlardan kənarlaşdırılıb

AFFA sənədləri saxtalaşdırılan futbolçuların çıxış etdiyi klubları yarışlardan kənarlaşdırıb

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Azərbaycan millisinin sabiq üzvü: "İstəyirəm ki, Haiti və Belarus yığmalarına qarşı hücum futbolu oynayaq"

Braziliya millisində itki

Bütün xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31