Azərbaycan futbolunun ən yaralı yerlərindən biri də zəngin futbolçu karyerasına malik, savadları, bacarıqları ilə seçilən veteran mütəxəssislərimizin kənarda qalmasıdır. Onlardan biri də “Kəpəz”, “Şəmkir”, “Neftçi” kimi köklü klublarımızın və Azərbaycan yığmasının formasını geyinmiş Mahmud Qurbanovdur. Forvadr.az olaraq futbolumuzun “professor”u ilə ölkə çempionatımızın ikinci yarısının davamiyyətindən və iş təkliflərinin olub-olmamasıyla bağlı danışdı



- Mahmud müəllim, çempionatımızın ikinci yarısı dinamikliyi ilə seçilir. Arxada qalan 3 tur haqqında nə deyərdiz?

- Maraqlı oyunlar və nəticələr görürük. Bütün komandalar meydanda inadla döyüşür, xal qoparmaq istəyirlər. “Qarabağ” ardıcıl iki oyundu məğlub olsa da, xal fərqiylə çox irəlidədir. Düşünürəm ki, Ağdam təmsilçi tezliklə toparlanacaq və ənənəvi oyununu sərgiləyərək qələbələri sıralayacaq. İstər ilk “5-lik”də yer alan, istərsə də 9-10-cu pillədə qərarlaşan komandaların oyunlarında və nəticələrində inkişaf var. Düşünürəm ki, 7-10-cu yerlərdə qərarlaşan komandalar arasında turnir cədvəlinin ortalarına qədər irəliləyənlər olacaq. İstənilən halda çempionatın ikinci pərdəsi daha gərgin, həyəcanlı və maraqlı keçəcək.

- XX turda “Turan Tovuz” əzmkarlıq sərgiləyərək “Qarabağ”ı məğlub etdi, son turda isə “Zirə” ağdamlılara şapalaq vurdu. Sizcə, həm Tovuz təmsilçisinin, həm də “qartallar”ın diş göstərməsi, eləcə də 2-ci pillədə qərarlaşan “Araz-Naxçıvan”ın növbəti mövsüm çempionluğa iştahlı olmalarından xəbər verirmi?

- Adlarını sadaladığınız hər üç komandalarının sərgilədiyi oyuna fikir versək, inkişaf görürük. Bu klubların oyununda nə qədər irəliləyiş olsa da, onlar bu il “Qarabağ”ın çempion olmasına əngəl ola bilməyəcək. Elə turnir cədvəlindəki xal fərqinə baxanda da görürük ki, “süvarilər” ən yaxın izləyicisindən çox qabaqdadır. Amma həm “Turan Tovuz”, həm “Zirə”, həm də “Araz-Naxçıvan” bu mövsüm mükafatçılar sırasında çarpışdıqları şübhəsizdir və bu çempionatın final turuna qədər davam edəcək. Təbii ki, “Sabah”ı da hesabdan silməyək, çünki onların Kubok yolu ilə mükafatçılardan olmaq şansları var. Komandaların gələn mövsümdən çempionluğa iddialı olmaları bu ilki nəticələrindən, uğurlarından və büdcə məsələsindən çox asılı olacaq.

- Futbolumuzun “professor”unu yaxın vaxtlar hansısa komandanın sükanı arxasında görə bilərikmi?

- Ömrümün böyük hissəsi futbolda keçib. Bundan sonrakı həyatımı da yaşıl meydanlarda görürəm. Əlbəttə ki, mən də məşqçi kimi çalışmaq istəyirəm, arzularım, hədəflərim var. Amma bu yalnız məndən asılı olan məsələ deyil.

- Sizinlə maraqlanan, dəvətlər göndərənlər varmı?

- Çoxdandır təkliflər gözləyirəm. Amma hələlik susqunluqdur.

- Yəni, Mahmud Qurbanovu unudublar?

- (gülür) deyəsən unudublar.

- İşsizlik sizə mənfi emosiyalar yaşatmır?

- Təbii ki, mənim üçün yaşıl meydandan uzaqda kənarda qalmaq, passiv həyat tərzi keçirmək xoş deyil. Amma reallıqlar var ki, məcbur olub qəbullanırsan. Təbii ki, heç vaxt pessimizmə qapılan insan olmamışam, “ümid sonda ölür” deyirlər. Mən də ümidlə, səbirlə zamanımın gələcəyini gözləyirəm. Yəgin məni də xatırlayanlar tapılar…

ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

"Sumqayıt" ölkə kubokunda buna razılaşdı

Abe, Kokauri və Əliyeva - "Böyük Dəbilqə"nin AFİŞASINDA

Azərbaycan çempionatında 1/4 final mərhələsi başlayır

"İnter" 2019-cu ildən sonra A Seriyasında ilk dəfə böyük hesabla uduzub

AFFA “Vətən” - “Neftçi” oyunu ilə bağlı araşdırmaya başladı

Oteldə qızla tanışlıq üçün qalmaqal yaradan futbolçunu belə cəzalandırdılar

Ramos bu kluba KEÇDİ

Tural Əsgərov: "Romaonun gedişi "Qarabağ"ın ziyanına işləyəcək"

Millimizin rəqibləri bəlli oldu - PÜŞK

"Arxayınlaşmaq olmaz, növbəti görüşü gözləyəcəyik"

Azərbaycan millisi Latviya çempionatında iştirak edəcək

Voleybolçularımızın komandası “Porto”ya qalib gəlib

Azərbaycan birinciliklərinə start verilib

“Azərreyl” ikinci pilləyə yüksəlib

Emin Abbasov: "Limitinin ləğvi ilə bağlı qərarı futboldan yetəri qədər anlayışı olmayan şəxslər verib"

Amit Quluzadə: "Gedənlərin qabağını kəsmədim"

Tural Piriyev: “Müasir futbolun şərtlərdən biri də odur ki...”

Diana Məmmədova rusları necə təəccübləndirib?

Mahir Şükürov yeni biznes qurdu

Joao Feliks "Milan"da

Azərbaycan Yunanıstanı qəbul edir

Autsayder “Gəncə”yə, lider “Azərreyl”ə qarşı

Londonda geridönüş - VİDEO

Nurlan Novruzov 40 yaşına kimi futbol oynamaq istəyir

AFFA-nın yeni baş katibi dəqiqləşib - RƏSMİ

İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar

“Çelsi” müdafiəçisinin icarəsini razılaşdırıb

Konsept trenajorda federasiya birinciliyi keçirildi FOTOLAR

"Arsenal" "Mançester Siti"ni darmadağın etdi - VİDEO

Azərbaycanlı futbolçu oynadı, komandası bərabərə qaldı

"Böyük Dəbilqə"nin nəticələri

Hidayət Heydərov - 2024-cü ilin ən yaxşı cüdoçusu

Kənan Kərimov: “I Liqada zəif rəqib, autsayder yoxdur”

Mahmud Qurbanov: “Yəgin məni də xatırlayanlar tapılar…"

Cüdoçumuzdan möhtəşəm nəticə

Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunlarının vaxtı açıqlandı

Azərbaycan çempionatında IX turun oyunlarının vaxtı açıqlandı

Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728