"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edib.

Forvard.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Danimarka təmsilçisinin baş məşqçisi Yakob Nestrup jurnalistlərin suallarını cavablandırıb:

- Mətbuat konfransına gec gəlməyiniz nə ilə bağlıdır?

- Bir az başqa müsahibələrimiz var idi.

- Gözlədiyiniz "Qarabağ"ı gördünüz?

- Biz əvvəldən "Qarabağ"ın güclü olduğunu bilirdik. Bizi çox çətin oyun gözləyirdi. Bunun da şahidi olduq. 50-50-ə oyun getdi. "Qarabağ" çox yüksək keyfiyyət nümayiş etdirdi. Birinci hissədə onlar mükəmməl vəziyyətdə idi. Biz oyuna zəif başladıq. Ona görə də 1-ci hissədə qol buraxdıq. Fasilədən sonra dəyişiklik oldu, aktivlik göstərdik. Təəssüf ki, 2-3 qol şanslarını dəyərləndirə bilmədik. İkinci hissədə rəqibdən bir az yaxşı idik. Bərabərliyə nail ola bilərdik. "Qarabağ" qələbəyə layiq idi.

- "Qarabağ"ın "Kopenhagen" tarixində ən güclü rəqiblərdən biri olduğu kimi dəyərləndirə bilərsiz?

- Bəli, bəli. Təbii ki, bunu deyə bilərik. 2017-ci ildə də qarşılaşmışdıq, bu gün də oynadıq. Səfərdə uduzduq. Biz bütün rəqiblərə həmişə hörmət edirik. Çətin oyun idi. Bunu da gözləyirdik. "Qarabağ"ın da Avropa təcrübəsi var. Biz ÇL-də son 3 sezonda 3 dəfə oynamışıq. "Qarabağ"ın mükəmməl, yüksək texnikası olan oyunçuları var. Qurban Qurbanov da mükəmməl məşqçidir. Neçə illərdir ki, komandanın sükanı arxasındadır. Buna hörmətlə yanaşıram. "Qarabağ" bu gün mükəmməl vəziyyətdə olduğunu nümayiş etdirdi. Bundan sonrakı matçlarda da "Qarabağ"a uğurlar arzulayıram.

- Stadiondakı azarkeş dəstəyi məğlubiyyətinizə nə dərəcədə təsir etdi?

- Bu gün bizim məğlubiyyətimizin atmosferlə əlaqəsi yoxdur. Əvvəlki matçlarda da bu cür atmosferlərə bələdik. Enerjini hiss etdim. Başa düşdük ki, azarkeşlər "Qarabağ"la fəxr edirlər.

- "Qarabağ" sürpriz uğurlu çıxışı ilə pley-off mərhələsində ola bilər?

- Sürprizlər ola bilər. İnkişaf vacibdir. Liqa mərhələsində çox oyunlar var. Hələ ki hər kəs inanmalıdır. "Qarabağ" da bunu edə bilər. Biz də burada uduzsaq da, hər şeyin sonu demək deyil. Bundan sonrakı oyunlarda hər bir sürprizə hazır olmaq lazımdır.


Son xəbərlər

“CineMastercard”da “Kosmik Filmlər Festivalı” keçiriləcək

Konfrans Liqası: "Samsunspor"dan səfər qələbəsi

MDB Oyunları: Futbol yarışında 3-cü yerin sahibi bəlli olacaq

AFFA rəsmiləri UEFA-nın Konfransında

Azərbaycan medal sıralamasında yerini qorudu

Avropa Liqası: "Roma" və "Seltik" doğma meydanda məğlub oldu

İranlı futbolçu: “Azərbaycanda oynamaq mənim üçün qürurdur”

Azərbaycan dünya çempionatına ev sahibliyi edəcək

Fransanın millimizlə oyun üçün heyəti açıqlandı

Azərbaycan karateçiləri yarışlara çıxır

"Fənərbaxça"nın qapıçısı zədələndi

"Barselona" və PSJ-də oynadı, İtaliya klubuna keçəcək

Xankəndidə III MDB Oyunlarının kamandan oxatma yarışları keçirilir

AVF üzvləri İtaliyaya yollanır

"Kəpəz"in məşqçiləri bəlli oldu

“Gərgin mübarizə gedirdi”

Zubir Mbappe, Salah, Qrizmann, Keyn və Martineslə eyni oldu

Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

UEFA Konfrans Liqası: Gərgin qarşılaşmalar həftəsi

Avropa Liqası:"Fənərbaxça" Fransa klubuna qarşı

"Qarabağ" qalib gəldi, UEFA-dakı reytinqə təsir etdi

Tahir Gözəl: "Bu, bir möcüzədir, "Liverpul"dan öndəyik, həqiqətən də tarixi andır"

“Sabah”ın legioneri yaxşı oynayıb xal itirdiklərini vurğuladı

Çempionlar Liqası: PSJ səfərdə "Barselona"nı məğlub etdi

“Məsuliyyətimiz daha da artır”

"Qarabağ" qələbəyə layiq idi"

Prezident “Qarabağ”ı təbrik etdi

"Qarabağ" - "Kopenhagen" matçının ən yaxşısı...

Çempionlar Liqası: "Qarabağ" "Kopenhagen"i məğlub etdi

Qurban Qurbanov "TRT Spor"a danışdı, "Qalatasaray"ı təbrik etdi

"Qarabağ" - "Kopenhagen" START HEYƏTLƏR

“Bu etimada görə, hər kəsə təşəkkür edirik”

“Qarabağ” və “Kopenhagen” klublarının rəhbərləri görüşüb

AFFA prezidenti finala yüksələn millimizi təbrik etdi

Bakıda “İronman 70.3 Baku” yarışı keçiriləcək

"Qarabağ" UEFA Gənclər Liqasında "Kopenhagen"ə uduzdu

Ceyhun Sultanov "Qarabağ"ın qələbəsinə inanır

Bütün xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031