Dünən "Qarabağ" doğma divarlar arasında "Araz-Naxçıvan" məğlub etdi. Bu qələbə sayəsində "süvarilər" liderliyini bir qədər də möhkəmləndirərək qış fasiləsinə yollandı.
Matçdan sonra qonaqların futbolçusu Musa Qurbanlı Forvard.az-a müsahibə verdi.

- Çempionatın ilk yarısı başa çatdı və qış çempionu kimi fasiləyə yollanırsız. Fikirləriin maraqlıdır...

- Premyer Liqanın ilk yarısını yaxşı qiymətləndirirəm. Çox gərgin və yadda qalan matçlarımız oldu. "Şamaxı"ilə təxirə salınan oyunda qalib gəlməklə çempionluğumuzu rəsmləşdirsək də, "Araz-Naxçıvan"la görüş bizim üçün çox vacib idi. Şükürlər olsun, bu matçda da qalib gəlməklə ən yaxın izləyicimizlə xal fərqini 8 -ə qaldırdıq. Amma bu bizi arxayınlaşdırmamalıdır. Çempionatın marafonu hələ uzundur.

- Qarşıdan toplanış və Avropa Liqasında oyunlar gəlir. Bu barədə nə deyərdin?

- Qış fasiləsindən maksimum yararlanmaqla həm avrokubok oyunlarına, həm də çempionatın ikinci yarısına yaxşı hazırlaşmalıyıq. Avropa Liqasındakı son matçlarımızda maksimum nəticəyə köklənmişik.

- Son oyunlarda daha yaxşı çıxış edir, qollar vurursan. Performansın haqqında nə deyərdin?

- Bildiyiniz kimi zədəyə görə bir müddət kənarda qaldım. Sonra formamı bərpa etməklə məşğul idim. Hazırda şans qazanıram. Amma hazırkı performansımdan razı deyiləm. Daha yaxşı formaya sahib olmalıyam. Odur ki, hələ üzərimdə çox çalışmalıyam.

- Qarşına bombardir olmaq hədəfi qoymusanmı?


- Təbii ki, "Qarabağ" camiyası olaraq həmişə yaxşı yerlər uğrunda mübarizə aparmağı hədəfləyirik. Bir futbolçu kimi mən də həm komandamın, həm də özümün inkişafımda maraqlıyam. Amma bombardir olmağımla bağlı indidən nəsə deyə bilmərəm. Məqsədim hər oyunda maksimum gücümü ortaya qoymaq və komandama fayda verməkdir.

- Artıq yığmamızın da rəqibləri bəllidir. Çətin qrupa düşmüşük bu barədə nə fikirləşirsən?


- Qrupumuzda güclü rəqiblərlə mübarizə aparacağıq. Çalışacağıq ki, hər oyunda döyüşkənlik sərgiləyək və xal götürək.

- Səncə, yığmamız sürpriz edə bilərmi?


- Futbol sürpriz nəticələriylə məşhur idman növüdür. Odur ki, hər şey mümkündür. Əsas odur ki, biz mübarizədən qopmayaq.

ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

"Sumqayıt" ölkə kubokunda buna razılaşdı

Abe, Kokauri və Əliyeva - "Böyük Dəbilqə"nin AFİŞASINDA

Azərbaycan çempionatında 1/4 final mərhələsi başlayır

"İnter" 2019-cu ildən sonra A Seriyasında ilk dəfə böyük hesabla uduzub

AFFA “Vətən” - “Neftçi” oyunu ilə bağlı araşdırmaya başladı

Oteldə qızla tanışlıq üçün qalmaqal yaradan futbolçunu belə cəzalandırdılar

Ramos bu kluba KEÇDİ

Tural Əsgərov: "Romaonun gedişi "Qarabağ"ın ziyanına işləyəcək"

Millimizin rəqibləri bəlli oldu - PÜŞK

"Arxayınlaşmaq olmaz, növbəti görüşü gözləyəcəyik"

Azərbaycan millisi Latviya çempionatında iştirak edəcək

Voleybolçularımızın komandası “Porto”ya qalib gəlib

Azərbaycan birinciliklərinə start verilib

“Azərreyl” ikinci pilləyə yüksəlib

Emin Abbasov: "Limitinin ləğvi ilə bağlı qərarı futboldan yetəri qədər anlayışı olmayan şəxslər verib"

Amit Quluzadə: "Gedənlərin qabağını kəsmədim"

Tural Piriyev: “Müasir futbolun şərtlərdən biri də odur ki...”

Diana Məmmədova rusları necə təəccübləndirib?

Mahir Şükürov yeni biznes qurdu

Joao Feliks "Milan"da

Azərbaycan Yunanıstanı qəbul edir

Autsayder “Gəncə”yə, lider “Azərreyl”ə qarşı

Londonda geridönüş - VİDEO

Nurlan Novruzov 40 yaşına kimi futbol oynamaq istəyir

AFFA-nın yeni baş katibi dəqiqləşib - RƏSMİ

İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar

“Çelsi” müdafiəçisinin icarəsini razılaşdırıb

Konsept trenajorda federasiya birinciliyi keçirildi FOTOLAR

"Arsenal" "Mançester Siti"ni darmadağın etdi - VİDEO

Azərbaycanlı futbolçu oynadı, komandası bərabərə qaldı

"Böyük Dəbilqə"nin nəticələri

Hidayət Heydərov - 2024-cü ilin ən yaxşı cüdoçusu

Kənan Kərimov: “I Liqada zəif rəqib, autsayder yoxdur”

Mahmud Qurbanov: “Yəgin məni də xatırlayanlar tapılar…"

Cüdoçumuzdan möhtəşəm nəticə

Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunlarının vaxtı açıqlandı

Azərbaycan çempionatında IX turun oyunlarının vaxtı açıqlandı

Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728