Azərbaycan yığması DÇ-2026 seçmə mərhələsindəki çıxışına yekun vuruldu.
Forvard.az xəbər verir ki, Azərbaycan seçməsi son oyununda doğma divarlar arasında Fransaya məğlub oldu. Matçı izləyənlər arasında vaxtilə “Azal” və “Turan”da çıxış etmiş veteran gürcü futbolçu Nüqzar Kvirtiya da vardı. Çempionatımızda çıxış etmiş futbolçu ilə söhbət etdik.

- Yığmamızın Fransa ilə oyununu necə qiymətləndirərdin?

- Azərbaycan seçməsi matça çox yaxşı qoşuldu, ilk hücumdaca erkən qol vurdular. Belə gedişatı çoxları gözləmirdi. Azərbaycanlılar matça yaxşı köklənmişdilər, amma bu bütün 90 dəqiqədə öz müsbət təsirini göstərmədi. Fransanın heyətindəki oyunçular daha təcrübəlidirlər, onlar aparıcı futbol klublarında çıxış edirlər. Ona görə də səviyyə fərqi sözünü dedi.

-Necə düşünürsən, Ayxan Abbasovun gəlişiylə yığmamızda sıçrayış varmı?

- Hazırkı komandaya müəyyən qədər vaxt lazımdır. Yeni formalaşan heyətdir, gənc oyunçular var. Düşünürəm ki, bir seçmə mərhələdə də hazırkı baş məşqçi və futbolçulara şans verilsə, inkişafa nail olmaq olar. Azərbaycan millisi daha yaxşı oynamağa layiqdir.

- Ermənistan millisi Portuqaliyaya 9:1 hesabıyla məğlub oldu. Həm bizimlə, həm də onlarla qonşu olan ölkənin nümayəndəsi kimi hayların böyükhesablı məğlubiyyətilə bağlı nə deyərdin?

- Yəgin, Ronaldo oynamadığı üçün belə nəticə qeydə alınıb (gülür). Bu yaxınlarda bir erməninin şərhini oxudum. O, qeyd edir ki, Gürcüstan yaxşı çıxış edir, hətta Azərbaycan seçməsi də yaxşı oynamağa başlayıb, amma Ermənistan millisi oynamır və tənəzzülə gedir. Görünür, ermənilərin problemləri var. Azərbaycanda yaşadığımdan onların hansı problemləri olduğunu və Ermənistanda nələr baş verdiyini deyə bilmərəm.

- Premyer Liqamızda I dövrə arxada qaldı. Fikirlərin maraqlıdır...

- Çempionat öz axarında gedir, xüsusi bir süpriz görmədik. Həmişəki kimi "Qarabağ" dominantlıq və liderlik edir. "Atlılar' artıq 2 yox, 3-4 baş digər klublardan güclüdür. Digər komandalar da ağdamlılar kimi inkişafa nail olsalar, daha rəqabətli Premyer Liqa izləyərdik.


ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

“Zaqatala”nın baş məşqçisi: “Qol vurmaqda çox çətinlik çəkdik”

Veteran hücumçu I dövrəni dəyərləndirdi

“Azal”ın sabiq üzvü: Ermənistanda nələr baş verdiyini deyə bilmərəm

Şahruddin Məhəmmədəliyev: “Ayxan müəllimin gəlişindən sonra motivasiyamız artdı”

Beş cüdoçumuz xalça üzərinə çıxacaq

DÇ-2026: İngiltərə Albaniyaya, İtaliya Norveçə qarşı

Azərbaycan millisi Fransaya qarşı

Kamandan Oxatma Federasiyasının turnirində biabırçı vəziyyət

Akademik Musiqili Teatrda "Gülçöhrə və Əsgər" tamaşasının premyerası olacaq

Zaur Həşimov yığmamızdan sensasiya gözləyir

“Qarabağ”ın futbolçusu Ayxan Abbasovun yığmada qalmasını istəyir

“Ganjavi Holding” mükafata layiq görülüb

Anatoli Nuriyev: “Lehimizə iki penalti verilmədi”

Fransa millisi kapitanını Bakıya gətirmir

Fransa millisi kapitanını Bakıya gətirmir

Azərbaycan - Fransa matçını idarə edəcək hakim bəlli oldu

Millilərimiz beynəlxalq turnirdə

“Neftçi" söz azadlığını boğur, yoxsa imicini qoruyur? - Hadisəyə obyektiv baxış

Fransa millisi Bakıda məşqə çıxacaq

“Napoli” “Qarabağ” fanatları üçün ayrılan yerlərin sayını açıqladı

Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-pri turniri start götürdü

Millimizin futbolçuları üçün seminar keçirildi

"Real"ın futbolçusu millimizə qarşı oynamayacaq

Susqun futbolumuza enerji gətirən Samir Abasovu buna görə qorumalıyıq

AMADA-nın təşkilatçılığı ilə “İdmanda hüquq və ədalət: yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfrans keçirildi

Azərbaycanda 13 idmançı dopinqə görə cəzalanıb

Yığmamızın sabiq forvardı Nəriman Axundzadənin Mahir ilə Musanın yoxluğunu hiss etdirməyəcəyini düşünür

Velko Simiç: “Çempionatda hər oyun vacibdir”

Abucada Tarixi Qələbə: Nigeriya və Niger Dünya Çempionatına vəsiqə qazandı!

“Şirvan”ın baş məşqçisi: “Qırmızı vərəqə bütün planlarımızı pozdu”

“İmişli”nin legioneri: “Belə halların təkrarlanmaması üçün daha çox çalışmalıyıq”

Arif Əsədov: “Qarabağ”la ancaq qürur duymalıyıq”

Adil Mahmudov “Qarabağ”ın “Çelsi” ilə görüşdə uğur qazanacağına inanır

“Qarabağ” azarkeşlərin arzusunun həyata keçirir: Hücumçu ilə danışıqlar başladı FOTO

Azərbaycan yığmalarının İslamiadada ilk sınaqları

"Real" - "Liverpul"u, PSJ - "Bavariya"nı sınağa çəkəcək

Veteran cüdoçumuz dünya üçüncüsü olub

Bütün xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930