
Futbol / Gündəm
9.11.2025, 09:00
“İmişli”nin legioneri: “Belə halların təkrarlanmaması üçün daha çox çalışmalıyıq”
Azərbaycan Premyer Liqasının 11-ci turu davam edir. Forvard.az xəbər verir ki, "Şamaxı" doğma divarlar arasında "İmişli"ni minimal hesablar(1:0) məğlub etdi. Matçla bağlı imislilərin futbolçusu Rafael Vieqaş saytımıza fikirlərini açıqladı:
“Bu qarşılaşma istədiyimiz həyata keçirə bilmədik. Tərəfimizdən arzu olunan oyunu meydanda göstərmədik. Birinci hissədə meydanda kifayət qədər boşluqlar tapır, topa nəzarəti ələ alırdıq, lakin hücumları sonlandırmaq baxımından yetərincə soyuqanlılıq və konkretlilik sərgiləyə bilmədik. Qapıya zərbələrin azlığı bizə baha başa gəldi. Ümumilikdə, oyunumuzu uğurlu saymaq olmaz. Komanda potensialına baxdıqda, daha yaxşı nəticə göstərmək imkanımız var idi. Baş məşqçimiz bizi öncədən xəbərdar etmişdi ki, “Şamaxı” standart vəziyyətlərdə təhlükəlidir. Təəssüf ki, məhz bu epizodlardan birində rəqib fərqlənməyi bacardı. Düşünürəm ki, bu görüşdə əsasən öz səhvlərimizin qurbanı olduq. İndi əsas məsələ başımızı qaldırmaq, bu məğlubiyyətdən düzgün nəticə çıxarmaq və belə halların təkrarlanmaması üçün daha çox çalışmalıyıq. Bu oyun artıq geridə qaldı. İndi diqqətimizi növbəti matçlara yönəltməli, səhvlərimizi analiz edib daha güclü şəkildə geri qayıtmalıyıq”.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










