Futbol / Gündəm
16.11.2025, 06:00
Zaur Həşimov yığmamızdan sensasiya gözləyir
Bu gün DÇ-2026 seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması doğma divarlar arasında Fransanı qəbul edəcək. Baş tutacaq görüşlə bağlı veteran futbolçu Zaur Həşimov Forvard.az - a fikirlərini açıqladı:
“Əlbəttə könül istərdi ki, İslandiya üzərində qələbə qazanaraq Fransa ilə matça çıxaq. Amma bu baş vermədi. Fransa seçməsinin əlavə təqdimatına ehtiyacı yoxdur. Bir məsələ dəqiqdir ki, bizi dünyanın ən güclü yığmasına və heyətində ulduz futbolçuların yer aldığı rəqibə qarşı çətin matç gözləyir. Şübhə yoxdur ki, millimiz “2-ci nömrə” ilə oynayacaq. Müdafiədə etibarlılığımızı sərgiləə bilsək və fransızların verəcəyi boşluqlardan maksimum istifadə etsək, az da olsa, uğur qazanmaq şansımız var. İstənilən halda paytaxtımızda çox maraqlı oyuna şahidlik edəcəyik. Çox istəyərdim ki, sensasiya baş versin və sevinən tərəf biz olaq”.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










