
Futbol / Gündəm
13.03.2025, 06:00
Nüqzar Kvirtiya: “Azərbaycanı ikinci vətənim hesab etsəm də…”
Dünən pataxtımızda “Ritz Carlton Baku” hotelində Mini Futbol üzər Dünya Çempionatının püşkatma mərasimi keçirildi. Mərasimdə bir çox qonaqlar, o cümlədən portuqaliyalı ulduz futbolçu Luis Nani də təşrif buyurmuşdu. Həmçinin tədbirdə vaxtilə çempionatımızda çıxış etmiş, hazırda isə blogger fəaliyyəti ilə məşğul olan Nuqzar Kvirtiya da iştirakçılar arasında idi. Gürcü veteran futbolçu püşkatma mərasimi ilə bağlı Forvard.az – müsahibə verdi.
- Bu gün paytaxtımızda Mini Futbol üzrə Dünya Çempionatının püşk atıldı. Tədbirlə bağlı fikirlərin maraqlıdır…
- Yaxşı bir futbol turnirin başlanğıcındayıq. Bakıda təşkil olunacaq Mini Futbol üzrə DÇ-ı futbolun bu növünün inkişafına təkan verəcək. Bura təşrif buyuran Luis Nani də bu formatda oynayır və Portuqaliya seçməsini irəliyə aparmaqda maraqlıdır.
- Sənə yaxın olan iki ölkə - Azərbaycan ilə Gürcüstan da A və G qruplarında yer aldılar. Onların qruplarını necə dəyərləndirərdin?
- Azərbaycan turnirin liderlərindəndir, Gürcüstan isə hələlik o qədər güclü səviyyədə deyil. Amma inanıram ki, gələcəkdə əsas millimizdə göstərdiyimiz nəaliyyəti minifutbol komandamız da sərgiləyəcəyik.
- Minifutbol da oynamaq qərarı versən, Azərbacanı yoxsa Gürcüstanı seçərdin?
- Azərbaycanı ikinci vətənim hesab etsəm də, Gürcüstanda doğulmuş, böyümüşəm və gürcüyəm. Ona görə də Gürcüstan yığmasını seçərdim.
- Premyer Liqamızı izləyirsənsə, hazırkı gedişatı necə dəyərləndirərdin?
- İlbəil çempionatın səviyyəsi güclənir. Təbii ki, Premyer Liqada daha çox rəqabətin olmasını görmək istəyirik. “Qarabağ” hələ də digər klubları üstələyir. Gələn mövsümdən elitada 12 komanda çıxış edəcək, düşünürəm ki, klub sayının artmı çempionatı maraqlı edəcək.
- Səncə, “Qarabağ”dan başqa avrokuboklara vəsiqə qazanmağa hansı təmsilçilərimiz daha şanslıdır?
- “Zirə”nin şansı çoxdur. Sabiq komandan “Turan Tovuz” un avrokuboklara getməsini çox istəyirəm. “Sabah” ilə “Araz-Naxçıvan”ın da vəsiqəni təmin etmək şansları var. Bütün komandalara uğurlar arzu edirəm.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay