Azərbaycan Premyer Liqasının XX turunda “Turan Tovuz” səfərdə “Qarabağ”I məğlub etməklə sensasiyaya imza atdı. Həmin qarşılaşmada “Boz qurd”un heyətində debüt edən oyunçular da oldu. Onlardan biri də Anton Kraçkovskidir. Futbolçu komandasının qələbəsi, debütü və Azərbaycan futbolu ilə bağlı Forvard.az – a danışdı.



- XX turda həm komandan “Qarabağ” üzərində əzmkar qələbə qazandı, həm də debütün reallaşdı. Bu barədə fikirlərini bilmək istərdik…

- Ağır oyun oldu. “Qarabağ” futbolçularının səviyyələri yüksəkdir, onlar avrokuboklarda müntəzəm çıxış edirlər. Belə komandaya qarşı oynamaq çətin idi. Amma biz meydanda xarakter nümayiş etdirərək əzmkar qələbə qazandıq. Belə oyunda debüt etməyim də xoş oldu.

- Premyer Liqanın ən güclü komandasına qarşı yaxşı döyüşdüz və zəfər qazandız. Şəxsən sən qələbəyə inanırdınmı?

- Mən qələbəyə inanırdım. Ən azından, bundan əvvəlki oyunlarda da “Turan Tovuz” rəqibə başağrısı olmağı bacarmışdır. Düşünürəm ki, meydanda necə xarakter göstərməyimiz, döyüşməyimizi Tanrı da gördü və bizə kömək etdi.

- Bir rus futbolçu olaraq çempionatımızı necə xarakterizə edərdin?

- Mənə demişdilər ki, burda texnikalı, səviyyəli oyunçular çoxdur. Premyer Liqanızda braziliyalılar daxil çox saylı legionerlər var. Azərbaycan çempionatı xoşuma gəlir.

- Sənə qədər “Turan Tovuz”a həmyerlilərin İvan Konovalov, Serger Samok gəlib. Onlardan da çempionatımızla bağlı tövsiyələr almışdınmı?

- Onlar təbii ki, mənə lazımi məlumatlar vermişdilər. Amma Premyer Liqanızla ən çox məni Xəyal Nəcəfov məlumatlandırıb.

- İlk dəfədir ölkəmizdəsən, Azərbaycanı və azərbaycanlıları necə xarakterizə edərdin?

- Bakı gözəl şəhərdir, bir necə dəfə paytaxtınızda gəzişmişəm. Sakinlər arasında rus dillilər çoxdur. Hər dəfə məşqlərə gedəndə Bakının cazibədarlığına heyran oluram.

- Bəs Tovuz şəhəri haqqında fikirlərin necədir?

- Təbii ki, hələ ora ayaq basmadan əvvəl bilirdim ki, Bakı qədər böyük, cazibədar şəhər olmayacaq. Oranı şəhər tipli qəsəbə təsəvvür edirdim. Amma iri rayon olduğunu və yerli əhalinin futbola böyük marağını gördüm.

ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

"Ümid edirəm ki, İtaliya AVRO- 2032 üçün stadionlarını modernləşdirə biləcək"

Reynders "Mançester Siti"nin maraq dairəsində

"Qarabağ" rəsmisinə UEFA-nın diplomu təqdim olundu

"Mançester Siti" "Milan"a 60 milyon avro təklif edəcək

Millimiz 2 yoldaşlıq oyunu keçirəcək

"Arsenal"ın qapıçısı "Real"a keçir

II Liqada XXV turun təyinatları açıqlandı

Vaqif Cavadov "Sumqayıt"dan getdi

Millimiz Dünya Kubokunu başa vurub

Azərbaycan - Litva oyununun vaxtı açıqlandı

MOK-un Atletlər Komissiyasına yeni üzv seçilib

Fernandu Santuş Yunanıstanda - həmyerlisi ilə görüşdü

Cüdo federasiyası mükafata layiq görüldü

"İmişli"nin oyununda konsert

"İmişli"nin oyununda konsert

Qızıl medallar və kubok bu tarixdə "Qarabağ"a təqdim ediləcək

Bakıda “Legend Cup” oyunu keçiriləcək

Karateçilərimizdən uğurlu nəticə

Fransada ilin futbolçusunun adı açıqlandı

“Sabah”dan yubiley

"Turan Tovuz"dan arzuolunan yubiley

Dövlət qurumları arasında 3x3 basketbol yarışı keçirilib

Bədavi Hüseynovdan yubiley matçı

Premyer Liqa: XXXV turun oyun cədvəli açıqlanıb

Mbappe ən yaxşı göstəricisinə imza atıb

"Mançester Yunayted" antirekordunu təkrarlayıb

"Qarabağ", Azərsun Holdinq qarşısında hansı cavabı verəcək?

"Kəpəz" "Sumqayıt"ı məğlub etdi, "Qarabağ"dan qələbə

Azər Bağırov: "Üzərimizdə psixoloji basqı yox idi

“El-Klasiko”da 7 qol

Vaqif Cavadov: "Hakim "Kəpəz"in qalib gəlməsi üçün hər şeyi etdi"

"Sabah" çempionluğun bir addımlığında

Millimiz məğlub oldu

"İmişli"dən bəyanat: "Bizim bunu təmin etməyimiz hüquqi baxımdan mümkün deyil"

Samir Abasov: "Ciddi addımlar atmalıyıq"

Avropa Kuboku: Millimizdən uğurlu start

Kurban Berdiyev: "Azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031