
Futbol / Gündəm
23.11.2025, 07:30
“Zaqatala”nın baş məşqçisi: “Qol vurmaqda çox çətinlik çəkdik”
I Liqada 8-ci tura yekun vuruldu. Forvard.az xəbər verir ki, “Zaqatala” – “Şahdağ Qusar” qarşılaşmasında meydan sahibləri minimal hesablı qələbə qazandı. qeydə alınıb. Görüşlə bağlı zaqatalalıların baş məşqçisi Rüstəm Məmmədo saytımıza fikirlərini açıqladı:
“Bizim üçün asan olmayan oyun alındı. Rəqib debütant olsa da, çox aqressiv və təhlükəli komandadır. Qusarlıların heyətində yaxşı oyunçular var, onlar arasında vaxtilə bizim formamızı geyinən futbolçular da yer alır. Odur ki, rəqibin hər bir oyunçularını yaxşı analiz etmişdik. Həm onların, həm də özümüzün güclü zəif tərəflərini bilirdik. Qusar təmsilçisi bütün mövqelər üzrə çox sıx oynayaraq boşluqlar vermirdilər, ona görə müdafiə yarmaqda və qol vurmaqda çox çətinlik çəkdik. Buna rəğmən yetirmələrim oyun intizamından və qələbəyə inamdan qopmayaraq döyüşdü ki, nəticədə bir qolumuzu vurub qələbəni təmin etdik”.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
“Azal”ın sabiq üzvü: Ermənistanda nələr baş verdiyini deyə bilmərəm
Futbol / Gündəm
18.11.2025 09:00
Susqun futbolumuza enerji gətirən Samir Abasovu buna görə qorumalıyıq
Futbol / Köşə
14.11.2025 13:22
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





