II Liqada mübarizə aparan “Şahdağ Qusar” mövsümdə məğlub olmayan turnir cədvəlində vahid liderliyini davam etdirən komandadır.Şimal bölgəmizin təmsilçisi XXI turdan sonra 61 xalla sahibdir. Komanda I Liqaya vəsiqəni təmin etsə də, çempionluğunu rəsmləşdirməyib. Qusarlıların baş məşqçisi Elnur Abdullayev qarşıdakı hədəflərlə bağlı Forvard.az – a danışdı.

“XXI turdan sonra statistikaya nəzər yetirsək, 20 qələbə və bir heç-heçəyə nail olmuşuq. Bu yaxşı göstəricidir. Qarşımıza qoyulan hədəflərin birinə çatmışıq. Şükürlər olsun ki, I Liqaya vəsiqəni təmin etdik. Bu münasibətlə həm futbolçularımızı, həm azarkeşlərimizi, həm də Qusar camaatını təbrik edirəm. Amma işimiz bitməyib, qızıl medalları da qazanmaq istəyirik.Hazırda əsas motivasiyamız budur. Çoxları qeyd edir ki, bizə əsas çətinliyi “Şəfa” yaradır. Amma bu belə deyil. Mən tək “Şəfa”nı yox, bütün rəqiblərimizi ciddi hesab edirəm. Bütün klublar bizə qarşı fərqli motivasiya ilə oynayır, bu da bizim işimizi çətinə salır. Zatən, çempionatın II yarısında heç bir oyunumuz asan keçməyib. Qarşıdakı iki turda bizi “Ağdaş”, sonra “Füzuli”, ardıncada “Şəfa” ilə oyunlar gözləyir. İlk iki rəqiblərimiz autsayderlər zonasında olsa da, belə komandalara qarşı oynamaq və futbolçuları motivasiya etmək çox çətindir. Odur ki, “Ağdaş” ilə “Füzuli” sədlərini uğurla keçdikdən sonra “Şəfa” ilə qarşıdurmanı düşünə bilərik. Xülasə, bizim üçün gərgin mübarizə sonuncu tura kimi davam edəcək”.

ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib

Region Liqasında yarımfinalın ilk oyunları keçirilib

Millimizin Ukrayna ilə matçının yeri müəyyənləşib

Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza

Rusiya millisinin baş məşqçisi klubda da işləyə bilər

Millimiz dünya çempionatının hazırlığına başlayacaq

"Səbail" baş məşqçi məsələsi ilə bağlı qərarını verdi

Zaqatala komandası texniki məğlubiyyət alıb

AFFA-da. "Turan Tovuz" a cəza

AFFA-nın qərarları

Formula 1 yarışı 75 illiyini qeyd edir

"Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna

"Ciddi işlər görməyi planlaşdırırıq"

NBA-da ilk yarımfinalçı bəlli olub

İtaliya klubu tarixində ilk dəfə III liqada

Millimizin üzvü Polşa klubundan ayrıldı

"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

AŞF rekordlar kitabında

Azərbaycan cüdoçularının liderliyi davam edir

UEFA AFFA-nı cərimələyib

"Fənərbaxça" ilə "Əl-Hilal" hücumçularını dəyişə bilər

"Bavariya" millinin üzvünə 3 illik müqavilə təklif etdi

"Qarabağ" - "Kəpəz" matçının biletləri satışa çıxarıldı

"Səbail"in legioneri yeni mövsümə Azərbaycanda başlaya bilər

"Bayer"in futbolçusu "Liverpul"a keçir

Mançester Yunayted"i "Yuventus"a dəyişə bilər

Pley-offa ilk vəsiqə sahibini gözləyir

UEFA reytinqindəki mövqeyimiz müəyyənləşib

Ağsu stadionunda beynəlxalq oyunlar keçirilə bilər

“Mançester Yunayted”in ulduzu xəstəxanaya yerləşdirilib

"Bavariya"nın forvardı MLS-ə yollanacaq

Azərbaycanın 8 kamandan oxatanı Avropa kubokuna qatılıb

İtaliyanı 5-ci dəfə ÇL-də təmsil edəcək

Vaqif Sadıqov: "Fotosessiyalara son qoymuşuq"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031