
Futbol / Gündəm
5.02.2025, 01:13
Diana Məmmədova rusları necə təəccübləndirib?
Qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Diana Məmmədova Rusiyada klubunu dəyişib. Xanım futbolçu “Yenisey”dən “Rubin”ə keçib. Zərif cins nümayəndəsi karyerasındakı yenilik və qarşıdakı hədəflər barədə Forvard.az –a danışdı.
-“Rubin”ə keçidiniz necə baş verdi?
-Komandamı dəyişdirmək fikrim çoxdan vardı. Bir oyunçu kimi başqa klublarda oynamaq istəyirdim. Mənə “Rubin”dən təklif gəldi və onların təklifinə müsbət yanaşdım.
-Yeni klubunuzda atmosfer necədi, adaptasiya prosessini necə keçirirsiz?
-Çox mehriban kollektivimiz var. Burda özümüm çox yaxşı hiss edirəm, sanki komandaya yeni gələn yox, çoxdandır burda çıxış edən biriyəm. Hazırda yeni mövsümə hazırlaşırıq.
-Qadınlar üzrə Azərbaycan çempionatı ilə Rusiya Super Liqasının başlıca fərqlərini nədə görürsüz?
-Rusiyada qadın futbol çempionatının səviyyəsi yüksəkdir. Azərbaycan qadınların çempionatı indi-indi addımladığı halda, Rusiya Super Liqasında bir-biriylə rəqabət aparan komandalar çoxdur.
-Qadınlardan ibarət Azərbaycan yığmasının üzvüsüz bu fakta görə sizə Rusiya çempionatında sizə yanaşma necədir?
-İnsanlar biləndəki mən uzun illərdir Azərbaycan millisinin şərəfini qoruyuram, buna təəccüblənmişdilər. Beynəlxaql səviyyədə millinin şərəfini qorumaq mənim üçün fəxrdir.
-Futbolçu olaraq qarşıdakı mövsümdə hədəfləriniz nədir?
-Hədəflərim sadədir – bütün oyunlarda qalib olmaq (gülür).Çempionatda mümkün qədər çoxlu yaxşı matçlar keçirmək və onların hər birindən yaxşı nəticəylə ayrılmaqdır.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay