
Futbol / Gündəm
28.05.2025, 08:30
Elita təcrübəsi olan futbolçu “Cəbrayıl”da qalacaq
Başa çatan I Liqada autsaderlər sırasında yer alan “Cəbrayıl” mübarizliyi ilə seçilərək çempionatda mövqeyini qoruya bildi. Qarabağ təmsilçisinin sonuncu turda “Zaqatala”nı məğlub etməyi bacardı. Cəbrayıllıların futbolçusu Tapdıq Əhmədov həm I liqada yerlərini qoruması, həm də gələcək karyerası ilə bağlı Forvard.az – a danışdı.
“Mövsüm bizim üçün çox gərgin, ağır keçdi. Son turlara qədər təhlükəli zolaqdaydıq. Odur ki, hər oyuna maksimum nəticə qazanmaq üçün çıxırdıq. Yalnız “Qaradağ Lökbatan”ın sonuncu olacağını bildikdən sonra bir qədər rahat nəfəs aldıq. Buna rəğmən, 9-cu pillədə qərarlaşmaq istəmirdik. Belə olduqda II Liqanın 4-cü pilləsinin sahibiylə pley-off matçı keçirməliydik. Odur ki, sonuncu turda doğma divarlar arasında “Zaqatala”nı məğlub etməklə turnir cədvəlində 7-ci pilləyə yüksəlməklə I Liqada mövqeyimi tamamilə qorumağa nail olduq. Çox sevincliyik ki, qarşımıza qoyulan məqsədə nail olduq. Ümumi götürəndə bu il I Liqada gərgin və maraqlı keçdi. Gələn mövsümdə daha rəqabətli çempionat görəcəyik. Karyerama gəlincə, burdakı şərait mənim üçün xoşdur, ona görə “Cəbrayıl”da qalacam. Gələn il daha yaxşı çıxış edib yuxarı pillələrdə qərarlaşmaq üçün döyüşəcəyik”.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











