Dünən “Qaradağ Lökbatan” doğma divarlar arasında “Cəbrayıl”ı qəbul etdi. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatdı. Bununlada Lökbatan təmsilçisi çempionatın II yarısına uğurlu start götürdü. Oyunda komandasının ilk qolunun müəllifi olan iranlı futbolçu Şahin Balejai Forvard.az – a danışdı.

- Çempionatın ikinci yarısına uğurlu başladız. Qələbədən əsas pay sahibi olanlardan biri də sən oldun. Matçla bağlı fikirlərin maraqlıdır…

- Qış fasiləsindən sonra çempionata uğurlu başlamağı çox istəyirdik. Bu gün komanda olaraq meydan birlik göstərərək layiqli qələbə qazandıq. Deməzdim ki, qələbə əsas pay sahibi mənəm. Həm mənim fərqlənməyimdə, həm də üç xal qazanmağımızda vəhdətimiz rol oynadı. I Liqanın ikinci pərdəsində ilk addımımız uğurlu alındı. “Qaradağ Lökbatan”a autsayder mövqeyində qərarlaşmaq yaraşmır. Odur ki, qarşıdakı bütün oyunlarda maksimum nəticə göstərib daha yuxarı pillələrdə qərarlaşmağa fokuslanmışıq. Azarkeşlərimizə də təşəkkürümü bildirirəm, onlar sona qədər bizi qələbəyə səslədi.

- Artıq komandanız kələ-kötürlü yollardan çıxaraq düzgün relsə daxil olubmu?

- Hazırda yaxşı kollektivimiz var. Heyətimizə yeni qoşulan futbolçuların gücümüzə güc qatacağına inanıram. Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır. Bizə çətin olacaq, amma inamımız itirməyib, meydanda döyüşəcəyik.

- Performansın haqqında nə deyərdin?

- Məni yaxından tanıyanlar bilir ki, həmişə yaxşı formada olmağa can atan biriyəm. Həm xaricdə, həm də Azərbaycan çempionatında çıxışlarımda da bu prinsipimə sadiq olmuşam. Odur ki, “Qaradağ Lökbatan”da daha yaxşı Şahin Balejai olmalıyam.

- Komandada Araz Abdullayev, Nurlan Novruzov kimi təcrübəli və elitada oynamış Bahadur Həziyev yer alır. Bu futbolçular sizə əlavə motivasiya verirmi?

- Adları çəkilən komanda yoldaşlarımın zəngin futbol təcrübələri var. Xüsusilə də Araz ilə Nurlanın. İnanıram ki, belə təcrübəli oyunçular həm gənclərə, həm də komandamız üçün çox faydalı olacaqlar. II yarıda daha yaxşı “Qaradağ Lökbatan” görəcəksiz. Bunu da sözümüzlə yox, meydandakı oyunumuz və nəticələrimizlə hamıya sübut edəcəyik.

ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

"Sumqayıt" ölkə kubokunda buna razılaşdı

Abe, Kokauri və Əliyeva - "Böyük Dəbilqə"nin AFİŞASINDA

Azərbaycan çempionatında 1/4 final mərhələsi başlayır

"İnter" 2019-cu ildən sonra A Seriyasında ilk dəfə böyük hesabla uduzub

AFFA “Vətən” - “Neftçi” oyunu ilə bağlı araşdırmaya başladı

Oteldə qızla tanışlıq üçün qalmaqal yaradan futbolçunu belə cəzalandırdılar

Ramos bu kluba KEÇDİ

Tural Əsgərov: "Romaonun gedişi "Qarabağ"ın ziyanına işləyəcək"

Millimizin rəqibləri bəlli oldu - PÜŞK

"Arxayınlaşmaq olmaz, növbəti görüşü gözləyəcəyik"

Azərbaycan millisi Latviya çempionatında iştirak edəcək

Voleybolçularımızın komandası “Porto”ya qalib gəlib

Azərbaycan birinciliklərinə start verilib

“Azərreyl” ikinci pilləyə yüksəlib

Emin Abbasov: "Limitinin ləğvi ilə bağlı qərarı futboldan yetəri qədər anlayışı olmayan şəxslər verib"

Amit Quluzadə: "Gedənlərin qabağını kəsmədim"

Tural Piriyev: “Müasir futbolun şərtlərdən biri də odur ki...”

Diana Məmmədova rusları necə təəccübləndirib?

Mahir Şükürov yeni biznes qurdu

Joao Feliks "Milan"da

Azərbaycan Yunanıstanı qəbul edir

Autsayder “Gəncə”yə, lider “Azərreyl”ə qarşı

Londonda geridönüş - VİDEO

Nurlan Novruzov 40 yaşına kimi futbol oynamaq istəyir

AFFA-nın yeni baş katibi dəqiqləşib - RƏSMİ

İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar

“Çelsi” müdafiəçisinin icarəsini razılaşdırıb

Konsept trenajorda federasiya birinciliyi keçirildi FOTOLAR

"Arsenal" "Mançester Siti"ni darmadağın etdi - VİDEO

Azərbaycanlı futbolçu oynadı, komandası bərabərə qaldı

"Böyük Dəbilqə"nin nəticələri

Hidayət Heydərov - 2024-cü ilin ən yaxşı cüdoçusu

Kənan Kərimov: “I Liqada zəif rəqib, autsayder yoxdur”

Mahmud Qurbanov: “Yəgin məni də xatırlayanlar tapılar…"

Cüdoçumuzdan möhtəşəm nəticə

Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunlarının vaxtı açıqlandı

Azərbaycan çempionatında IX turun oyunlarının vaxtı açıqlandı

Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728