Misli Premyer Liqasının II yarısı həm komandalarda, həm çempionatımızda debüt edən oyunçularla diqqət çəkir. Onlardan biri də “Şamaxı”nın ukraynalı yeni transferi Vladislav Veremeyevdir. Futbolçu “Qarabağ”la oyunun ikinci hissəsində “şirlər”in heyətində debüt etməyi bacardı. Veremeyev həm debütü, həm də çempionatımızla bağlı ilkin təəssüratını Forvard.az- a bildirdi.



- Artıq “Şamaxı”da debüt etdin. Bu barədə fikirlərin maraqlıdır

- Bəli, yeni komandamda debüt etdim, meydanda həyacanı daddım, xoş oldu. Mənə göstərilən etimadı doğrultmağa çalışacam.

- “Qarabağ”dan bir xal qoparmaq üçün nə çatmadı?

- Komandamız oyuna yaxşı təsir bağışladı. Əks hücumlarda effektli idik. Səhvlərimizdən dolayı lazımsız qollar buraxdıq. Amma bir daha vurğulayıram ki, məğlubiyyətə rəğmən komanda olaraq yaxşı mübarizə apardıq. Oyundan-oyuna daha yaxşı formaya düşəcəyimizə inanıram.

- “Şamaxı” və Azərbaycan çempionatı haqqında nə deyərdin?

- Hələ burda yeniyəm, daha çox müşahidə edirəm. Düşünürəm ki, bir neçə oyun keçdikdən sonra daha dolğun fikir bildirə bilərəm.

- Çempionatımızda çıxış etmiş və hazırda da oynayan ukraynalılar var. Onlardan kimlərisə tanıyırsanmı və ya Premyer Liqamızla bağlı rezüme verənlər oldumu?

- Bəli, Azərbaycanın güclülər dəstəsinə gəlməmişdən əvvəl burda vaxtilə oynamış həmvətənlərimdən demişdilər ki, orda çempionat çox gərgin, mübarizəli keçir. Azərbaycanda həm yaxşı stadionlar, həm də hazırlıqlı komandalar var. Artıq deyilənləri görməkdəyəm.

- Azərbaycanı ölkə olaraq necə dəyərləndirərdin?

- İlkin təəssüratım dövlətiniz və xalqınızla bağlı yaxşıdır. Gözəl ölkəniz, paytaxtınız, insanlarınız var və bu mənə xoş gəlir.

ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

"Sumqayıt" ölkə kubokunda buna razılaşdı

Abe, Kokauri və Əliyeva - "Böyük Dəbilqə"nin AFİŞASINDA

Azərbaycan çempionatında 1/4 final mərhələsi başlayır

"İnter" 2019-cu ildən sonra A Seriyasında ilk dəfə böyük hesabla uduzub

AFFA “Vətən” - “Neftçi” oyunu ilə bağlı araşdırmaya başladı

Oteldə qızla tanışlıq üçün qalmaqal yaradan futbolçunu belə cəzalandırdılar

Ramos bu kluba KEÇDİ

Tural Əsgərov: "Romaonun gedişi "Qarabağ"ın ziyanına işləyəcək"

Millimizin rəqibləri bəlli oldu - PÜŞK

"Arxayınlaşmaq olmaz, növbəti görüşü gözləyəcəyik"

Azərbaycan millisi Latviya çempionatında iştirak edəcək

Voleybolçularımızın komandası “Porto”ya qalib gəlib

Azərbaycan birinciliklərinə start verilib

“Azərreyl” ikinci pilləyə yüksəlib

Emin Abbasov: "Limitinin ləğvi ilə bağlı qərarı futboldan yetəri qədər anlayışı olmayan şəxslər verib"

Amit Quluzadə: "Gedənlərin qabağını kəsmədim"

Tural Piriyev: “Müasir futbolun şərtlərdən biri də odur ki...”

Diana Məmmədova rusları necə təəccübləndirib?

Mahir Şükürov yeni biznes qurdu

Joao Feliks "Milan"da

Azərbaycan Yunanıstanı qəbul edir

Autsayder “Gəncə”yə, lider “Azərreyl”ə qarşı

Londonda geridönüş - VİDEO

Nurlan Novruzov 40 yaşına kimi futbol oynamaq istəyir

AFFA-nın yeni baş katibi dəqiqləşib - RƏSMİ

İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar

“Çelsi” müdafiəçisinin icarəsini razılaşdırıb

Konsept trenajorda federasiya birinciliyi keçirildi FOTOLAR

"Arsenal" "Mançester Siti"ni darmadağın etdi - VİDEO

Azərbaycanlı futbolçu oynadı, komandası bərabərə qaldı

"Böyük Dəbilqə"nin nəticələri

Hidayət Heydərov - 2024-cü ilin ən yaxşı cüdoçusu

Kənan Kərimov: “I Liqada zəif rəqib, autsayder yoxdur”

Mahmud Qurbanov: “Yəgin məni də xatırlayanlar tapılar…"

Cüdoçumuzdan möhtəşəm nəticə

Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunlarının vaxtı açıqlandı

Azərbaycan çempionatında IX turun oyunlarının vaxtı açıqlandı

Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728