
Futbol / Gündəm
21.01.2025, 22:47
Sənan Muradlı: "Məqsədimiz hər oyuna final kimi yanaşmaqdır"
"Sumqayıt" Premyer Liqanın II yarısına məğlubiyyətlə başladı. "Kimyaçılar" doğma divarlar arasında autsayder "Səbail"ə uduzdu. Sumqayıt təmsilçisinin futbolçusu Sənan Muradlı məğlub olduqları matçla bağlı Forvard.az - a danışdı:
"Səbail"ə məğlub olmağımız əsasən oyun intizamı və konsentrasiya çatışmazlığı baş verdi. Rəqib müdafiədə sıx oynayaraq bizə hücumda effektiv olmağımıza imkan vermədi. Məğlubiyyət əlbəttə ki arzuolunmazdır, amma bu nəticəni arxada qoymaq lazımdır. Komanda olaraq bu oyundan dərs çıxarıb qarşıdakı oyunlara daha yaxşı çıxış etməyə çalışacayıq. Məqsədimiz hər oyuna final kimi yanaşmaqdır. Qarşıdakı 17 oyunda maksimum xal toplamaq və avrokuboklara vəsiqə qazanmaqdır. Komandanın gücünü daha yaxşı göstərmək üçün çox çalışmalıyıq". [/b]
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay