
Cüdo
10.10.2025, 10:33
Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
Oktyabrın 16-17-də Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-14 yeniyetmələr arasında Bakı şəhər birinciliyi təşkil olunacaq.
Forvard.az xəbər verir ki, yarışda 66 klub və idman cəmiyyətindən 460 idmançı (397 oğlan, 63 qız) 18 çəki dərəcəsində mübarizə aparacaq.
Turnirin məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Qeyd edək ki, arenaya giriş sərbəstdir.
Son xəbərlər
“Azal”ın sabiq üzvü: Ermənistanda nələr baş verdiyini deyə bilmərəm
Futbol / Gündəm
18.11.2025 09:00
Susqun futbolumuza enerji gətirən Samir Abasovu buna görə qorumalıyıq
Futbol / Köşə
14.11.2025 13:22
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






