
Əlirza Müştəbazadə: "Bizə asan olmayacağını bilirdik"
Dünən "Səbail" doğma meydanda "Kəpəz"i qəbul etdi. Oyunun taleyini bir qol təyin etdi və sevinən tərəf "dənizçilər" oldu. Qarşılaşmadan sonra "Səbail" qapıçısı həm matç, həm komandadakı atmosfer, həm də performansı haqqında Forvard.az- a danışdı:
"Oyuna çox ciddi hazırlaşmışdıq. "Sumqayıt" üzərində qələbədən sonra da qələbə qazanmaq istəyirdik. Təbii ki, bizə asan olmayacağını bilirdik. "Kəpəz"in də qələbə üçün meydanda sona qədər döyüşəcəyini bilirdik. Gözlədiyimizdən də çətin matç alındı. Meydanda komanda olaraq çox güc sərf etdik. Sevindiri haldır ki, əziyyətimiz hədər getmədi və qələbə qazandıq. Buna görə çox sevincliyəm, bütün "Səbail" ailəsini təbrik edirəm. Bu gün baş məşqçi qapı xətdində mənə şans verdi, əlimdən gələni etdim ki, komandama fayda verim. Məşqlərdə üzərimdə maksimum çalışıram. Baş məşqçimizin mənə etibarını doğrultmaq üçün hələ çox işləməliyəm. Qarşıda bizi çox çətin oyunlar gözləyir, odur ki, yumruq kimi bir olub bütün oyunlarda maksimum diş göstərməli xallar qoparmalıyıq".
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay