
Futbol / Gündəm
21.03.2025, 06:00
Zaur Həşimov: “Yerinə düşmüş iki yoldaş oyunu olacaq”
Martın 22-si və 25-də Azərbaycan yığması Haiti və Belarus seçmələri ilə yoldaşlıq oyunları keçirəcək. Həmin sınaq matçları ilə bağlı mütəxəssis rəyinə ehtiyac duyduq. Veteran futbolçu Zaur Həşimov Forvard.az – a reaksiyasını açıqladı.
“Bildiyimiz kimi yoldaşlıq oyunlarında nəticə əsas deyil. Başlıca məqsəd futbolçuların hazırlığını yoxlamaq, rəsmi matçlar üçün heyəti komplektləşdirməkdir. Buna baxmayaq istənilən halda qələbə qazanmaq xoşdur. Düşünürəm ki, qarşıdakı yoldaşlıq görüşlərində qələbələr qazanmaq millimiz qarşıdakı rəsmi qarşılaşmalar üçün yaxşı psixoloji motivasiya ola bilər. Çoxları Haiti və Belarus yığmalarını çoxları zəif hesab edir. Mən isə belə düşünmürəm. Hər iki rəqib kifayət qədər güclü komandalardır. Seçməmizin portuqaliyalı məşqçisinin dəvətlilər sırasında yeni gənc oyunçular da var. Düşünürəm ki, bu futbolçulara maksimum şans verib, ölkə futboluna qazandırmaq lazımdır. Cavan oyunçulara nə qədər şans verilsə, bir o qədər yaxşıdır. Hesab edirəm ki, yerinə düşmüş iki yoldaş oyunu olacaq”.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay