
Futbol
1.10.2025, 15:44
Fərid Namazov şansları bərabər sayır...
Bu gün ÇL qrup mərhələsində "Qarabağ" doğma divarlar arasında "Kopenhagen"i qəbul edəcək. Görüşlə bağlı gənc mütəxəssis Fərid Namazov Forvard.az - a fikirlərini açıqladı:
"Çətin matç olacaq. "Kopenhagen"in heyətində məşhur futbolçular olmasa da, danimarkalılar "Benfika"dan yaxşı komandadır. Qonaqlar bu gün "Qarabağ"a başağrısı olacaqlar. Xüsusən də, ağdamlılar Yankoviçin xidmətindən yararlana bilməyəcəklərinə işləri çətin olacaq. Şansları bərabər görürəm. Hesab edirəm ki, 1 xal qazansaq, yaxşı nəticə olacaq".
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay