Ötən gecə müğənni-bəstəkar Murad Arifin Heydər Əliyev Sarayında “3:0” adlı solo konserti baş tutub.

Heydər Əliyev Sarayının qapıları açılan andan içəriyə axışan izdihamlı tamaşaçı ordusu axın edib. Sarayın dəhlizlərində foto çəkdirənlər, mahnıları zümzümə edənlər, illərdir dillərdə dolaşan hitlərini canlı dinləməyə gələn izləyicilərin coşqusu diqqət çəkib.
Gecəyə xüsusi hazırlaşan müğənni konsertdən öncə media nümayəndələrinin suallarını cavablayıb:

“Həyəcanlı, sürprizli, bol əyləncəli bir konsert olacaq. Aylardır hazırlaşıram. 200 nəfərlik komanda hazırlaşıb. 20 hit manhnı səsləndirəcəyəm. Hazırlıqlar dövründə səhnəni bölüşəcəyim ulduzları açıqlamadım ki, sırf biletləri Muradsevərlər alsın. İndi açıqlaya bilərəm.
Xalq artisti Röya Ayxanla iki duetimiz olacaq. Reper Ramil Nabranla da səhnəni bölüşəcəyik. Bu gecə həm əylənəcəyik, həm kövrələcəyik”.

“Bakı gözyaşlarına inanmır” mahnısı ilə konsertə start verən sənətçi gecəyə qəmgin notlarla başlayıb. Aylardır 200 nəfərlə hazırlaşdığı konsertin ssenarisində Murad Arif dəyişiklik edib.
Qonaqları salamlayan HITMAKER konsertində bir gün əvvəl vəfat edən Əməkdar artist Cabir İmanovun ailəsinə başsağlığı verib. O, həmçinin millət vəkili Qənirə Paşayeva, Aygün Bəylər, Rəhim Rəhimli, Oqtay Əliyev və Azər Baxşəliyevin də adlarını çəkərək onların xatirəsini ehtiramla anıb.
"Biz eyni sahənin adamlarıyıq. Onun ailəsinə başsağlığı veririk. Hər konsertində cana yaxın dostlarını xatırlayırsan. Bu gün Rəhim Rəhimlinin öldüyü gündür. Bu gün konsertimdə Əməkdar mədəniyyət xadimi Oqtay Əliyev olmalı idi, gənc dostumuz Azər Baxşəliyev olmalı idi. Amma o qrimi edib paltarı geyinib artist olmalısan. Növbəti mahnımı həyatımızda yeri görülən adamlara həsr edirəm. Onların yeri həmişə görünəcək"-, sənətçi öz vəfa borcunu yerinə yetirib.
Murad Arifin sənət dostlarından danışarkən kövrəlməsi diqqətdən qaçmayıb.

Gecədə duet ortaqları da Muradı tək qoymayıb və səhnəyə Xalq artisti Röya Ayxan çıxıb. Murad Arif onunla sevilən hitlərdən olan "Ona nə var ki…" adlı mahnını ifa edib. Həmkarların ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Murad bildirib ki, Röyaya yeni hit təqdim edib və sözügedən mahnı Röya Ayxanın konsertində səslənəcək.

Konsert sosial mesajlarsız da ötüşməyib. “Qızım” mahnısını səsləndirmədən öncə sənətçi selektiv abortlara diqqət çəkiblər. O, atalardan səslənərək qzılarını xüsusi qayğı ilə sevmələrini istəyib:
“Hələ də selektiv abortlar yaralı yerimizdir. Heç bir qadın cinsiyyətinə görə övladını tələf etmir. Adətən atalar qız övladı deyil, oğlul istəyirlər. Selektiv abortların artmasına səbəb budur. Atalar, gəlin, qzlarımızı çox sevək. Onların daim bizim sevgimizə ehtiyacı var”.

Daha sonra “Oğlum” mahnısını ifa edən ulduz oğluna sevgisini də bildirib.

Konsert zamanı Murad Arifin uşaqlıq illərindəbəhs edən video-şarx təqdim olunub. Görüntülərdə sənətçinin fərqli düşüncəyə sahib olduğu üçün təklik yaşadığını, dostlarının onu anlamadığı qeyd olunub. Daha sonra səhnəyə müğənni ilə birlikdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri çıxıb. Onlar birlikdə “Fərqliyəm” mahnısını səsləndirib.




"Dondurma", "Mənə Sən Lazımsan", "Tufan", "Oppalara", "Yalnız səni gözlədim", "Saçların", "Partlat!" mahnılarını ard-arda ifa edən sənətçi səhnəni reper Ramil Nabranla bölüşüb.

Konsert zamanı iki kostyum dəyişən HITMAKER geyimlərinin özəl olaraq onun üçün hazırlandığını, svarovski daşlarla bəzədildiyini hətta konsertə görə 5 kilo çəki itirdiyi deyib.

Anşlaq və alqışlarla keçən konsertin sonunda tamaşaçılar Murad Arifi zaldan buraxmaq istəməyib. Saray alqış sədaları ilə çalxalanıb. Murad Arif həm musiqisi, həm verdiyi mesajlar, həm də səmimiyyəti ilə tamaşaçılarına unutulmaz bir axşam bəxş edib.
Bütün biletlərin satıldığı gecə Murad Arifin nə qədər sevildiyini bir daha sübut edib.








Son xəbərlər

“CineMastercard”da “Kosmik Filmlər Festivalı” keçiriləcək

Konfrans Liqası: "Samsunspor"dan səfər qələbəsi

MDB Oyunları: Futbol yarışında 3-cü yerin sahibi bəlli olacaq

AFFA rəsmiləri UEFA-nın Konfransında

Azərbaycan medal sıralamasında yerini qorudu

Avropa Liqası: "Roma" və "Seltik" doğma meydanda məğlub oldu

İranlı futbolçu: “Azərbaycanda oynamaq mənim üçün qürurdur”

Azərbaycan dünya çempionatına ev sahibliyi edəcək

Fransanın millimizlə oyun üçün heyəti açıqlandı

Azərbaycan karateçiləri yarışlara çıxır

"Fənərbaxça"nın qapıçısı zədələndi

"Barselona" və PSJ-də oynadı, İtaliya klubuna keçəcək

Xankəndidə III MDB Oyunlarının kamandan oxatma yarışları keçirilir

AVF üzvləri İtaliyaya yollanır

"Kəpəz"in məşqçiləri bəlli oldu

“Gərgin mübarizə gedirdi”

Zubir Mbappe, Salah, Qrizmann, Keyn və Martineslə eyni oldu

Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

UEFA Konfrans Liqası: Gərgin qarşılaşmalar həftəsi

Avropa Liqası:"Fənərbaxça" Fransa klubuna qarşı

"Qarabağ" qalib gəldi, UEFA-dakı reytinqə təsir etdi

Tahir Gözəl: "Bu, bir möcüzədir, "Liverpul"dan öndəyik, həqiqətən də tarixi andır"

“Sabah”ın legioneri yaxşı oynayıb xal itirdiklərini vurğuladı

Çempionlar Liqası: PSJ səfərdə "Barselona"nı məğlub etdi

“Məsuliyyətimiz daha da artır”

"Qarabağ" qələbəyə layiq idi"

Prezident “Qarabağ”ı təbrik etdi

"Qarabağ" - "Kopenhagen" matçının ən yaxşısı...

Çempionlar Liqası: "Qarabağ" "Kopenhagen"i məğlub etdi

Qurban Qurbanov "TRT Spor"a danışdı, "Qalatasaray"ı təbrik etdi

"Qarabağ" - "Kopenhagen" START HEYƏTLƏR

“Bu etimada görə, hər kəsə təşəkkür edirik”

“Qarabağ” və “Kopenhagen” klublarının rəhbərləri görüşüb

AFFA prezidenti finala yüksələn millimizi təbrik etdi

Bakıda “İronman 70.3 Baku” yarışı keçiriləcək

"Qarabağ" UEFA Gənclər Liqasında "Kopenhagen"ə uduzdu

Ceyhun Sultanov "Qarabağ"ın qələbəsinə inanır

Bütün xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031