Təşkilatların, birliklərin məqsəd və məramından asılı olmayaraq onların media qurumları ilə münasibətlərini tənziməyən, o cümlədən mətbuatın təzyiqlərindən qoruyan mətbuat katibləridir. Mətbuat katibi həm də jurnalistlər, blogerlər və digər bu kimi kəsimlərlə körpü rolunu oynayır. Dediklərim futbol klublarının sözçülərinə də aiddir.

Təəssüflər olsun ki, Premyer Liqa təmsilçilərimizin bəzi mətbuat başqanları işlərində olduqca səriştəsizliyə yol verir, media və ictimaiyyətlə əlaqələrdə laqeydlik, hörmətsizlik sərgiləyirlər. Özlərini elə aparırlar ki, sanki Everestin uca zirvəsini bunlar fəth ediblər, Azərbaycanda isə xan, ağa sinfinə mənsubdurlar və heç kimi saymırlar. Məsələn, “Qarabağ”ın Media və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Hacıyev özünü orta əsrlərin “xozeyn”i kimi aparır. Adamdan sorğu alanda, klubun idarə heyətində yer alanlardan və futbolçulardan müsahibə götürmək üçün müraciət edəndə özünü eşitməzliyə vurur, telefon zənglərinə, mesajlara cavab vermir. Sanki qarşımızdakı feodal ağa biz isə miskin, heç bir hüququ olmayan kəndlilərik. Bu azmış kimi, o, miks zonadan bütün futbolçuların keçidi təmin etməli olduğu halda, bu öhdəliklərinə də laqeydlik edərək: “Futbolçu danışmaq istəmirsə, mən onların keçidini təmin etməyə bilərəm” - deyə PFL əsasnaməsini saymır (yazı etikası imkan vermir deyə, bu məqamda yerində işlənən digər ifadələri yazmıram). “Atlılar”ın sözçüsünün forsu, təkəbbürü, hörmətsizliyi pik həddədir. Halbuki Anar Hacıyev “Qəbələ”də eyni vəzifədə çalışarkən, özünü sadə, təmkinli aparar, jurnalistlərin stadionlardan fəaliyyətlərini rahat aparması üçün əlindən gələni əsirgəməzdi. Elə edərdi ki, nə şiş, nə də kabab yanardı. İndi isə o, vəzifə borcunun, peşə etikasının yazılı və yazılmayan qanunlarını yandırıb, ayaqlarını da aşırıb kabab tıxışdıran harın məmurları xatırladır. Anlamır ki, bu eqoizm “zirvə”sindən bir gün endiriləcəksən...

“Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyevin də davranışlarından baş açmaq olmur. Dünənə kimi “kimyaçılar” ardıcıl oyunlarda nəsibləri məğlubiyyət olub, dalana dirənəndə klub sözçüsü həmkarlarından qaçırdı. Hazırda Sumqayıt təmsilçisi uğurlu çıxışına görə Zaur “həzrət”lərinin qəbuluna düşmək olmur. Bəs onu məşğul edən nədir ki, jurnalistlərin telefon zənglərini, vatsap mesajlarını qulaq ardına vurur?! Sən demə, “Sumqayıt”ın eynəkli rəsmisinin iş-gücü müxtəlif pozalarda şəkillər çəkdirib sosial şəbəkələrdə paylaşmaqdıq. Görünən odur ki, Zaur “əfəndi” bu yaşında özünü Corc Kuliniyə, Daniyel Dey-Lüis, Cud Lou kimi aktorlara, müğənni Aleksandro Safinaya oxşatmaq “eşq”inə düşüb.

Ay Zaur Xudiyev, qazaxlılar və Borçalıdan olan yerlilərin demiş “əziz başın, təpən haqqı səndən bu yaşında nə aktyor, nə də model olasıdır”. Odur ki, xam xəyallarından ayıl və ölkənin üçüncü böyük şəhərinin klubunda mətbuat katibi olduğunu anla...

Ay vəzifəyə “təyin” olunanlar, hərdən bir jurnalist keçmişinizə nəzər salın və sizin hazırkı əməllərinizi mətbuat katibləri sizə qarşı etsəydi, özünüzü necə hiss edərdiz deyə düşünün. Əgər düşünmə və analiz vərdişlərini unutmamısınızsa...

Vüsal İmanov


Son xəbərlər

“Ganjavi Holding” prezidenti sentyabr ayı üçün iki mukafata layiq görülüb

Azərbaycan Futbolunda Yeni Dövr: PFL bunu da bacardı

Xəqani Məmmədov:“Ağdamlılar təzyiqə dözməli və boşluqlar verməməli idi”

Ceyhun Sultanov “Qarabağ”ın daha çox qol vurmalı olduğunu dedi

Şəki klubunun baş məşqçisi: “İnşallah ki, allah utandırmaz”

İlham Yadullayev komandasının ilk qələbəsindən danışdı

Rüstəm Məmmədov yetirmələrinin oyunundan razıdır

Klub prezidenti: “Hakimlər robot deyillər”

“Göyəzən”in yeni prezidenti hədələrini açıqladı

"Traktor" Çempionlar Liqasında darmadağınla qalib gəldi

Tarixində ilk dəfə İsveç çempionu oldu

Vətənə Hazıram–Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə keçirilib - FOTOLAR

Urfan İsmayılov: “Qarşımıza məğlubityyətsizlik seriyası yox, çempionluq hədəf qoyulub”

“Şirvan”ın baş məşqçisi ilk “5-liy”i hədəfləyir

Cüdoçularımız Meksika Qran-prisində üç medal qazandılar

"Əl-Hilal"ın futbolçusu "Fənərbaxça"nın hədəfində

“Qaradağ Lökbatan”ın futbolçusu: “II Liqada asan rəqib yoxdur”

Müğənni Elçin Cəfərov bu gün doğum gününü qeyd etdi

Tural Qurbatov: “İstəməzdik ki, belə nəticə olsun...”

Het-rik edən futbolçudan qələbə şərhi

Abubakar Bakıda “Neftçi” ilə müqavilə imzalayır

“Göyəzən”in yeni baş məşqçisi: “Çalışacağıq ki, layiqli mübarizə aparaq”

Amit Quluzadə U-21 yığmamızın əmin əllərdə olduğunu düşünür

Azərbaycan şahmatçıları təltif olundular

Dünya idmançıları yenidən Kapadokyada toplanır

AFFA-nın əməkdaşları UEFA-nın seminarına qatılıblar

Türkiyə və İngiltərədən darmadağın - GÜNÜN NƏTİCƏLƏRİ

“Sabah”ın basketbolçusu: “Aqressivlik sərgiləməli və qələbəyə fokuslanmalıyıq”

VIII turun təyinatları açıqlandı

Türkiyə Gürcüstana, İspaniya Bolqarıstana qarşı

Azərbaycan cüdoçuları Perudan üzü ağ qayıdır

Avropa çempionatı: Azərbaycan Rumıniyaya qarşı

FİFA qaydaları “dəyişir”, gözəl oyuna görə “xal” veriləcək

Əfran İsmayılov:“Ayxan Abbasov yığmamızda milli ruhu geri qaytrardı”

Vimas Kurtinaitis ehtiyatlı danışdı

Millimiz Ukraynaya məğlub oldu

Türkiyənin görməli olduğunuz ən gözəl yerləri

Bütün xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031