
Həndbol federasiyasında üzə çıxmağa bir nəfər yoxdur...
Azərbaycan idmanında ən passiv federasiyalardan biri də Azərbaycan Həndbol Federasiyasıdır.
İctimaiyyətlə əlaqələrdən tutmuş, uşaq həndboluna qədər federasiyada bərbad kommunikasiya mövcuddur.
Hətta zaman-zaman Mingəçevirdə keçirilən avrokubok oyunlarında həndbol federasiyanın təşkil etməli olduğu işləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi öz üzərinə götürür.
Federasiya prezidenti Saleh Məmmədovun federasiyadan uzaq düşməsi, vitse-prezident Orxan Abbasovun işlədiyi yerə yad olmasını hər kəsə məlumdur. Son seçkilərdən sonra rəhbərlik mətbuat konfransı təşkil etməyib. Söhbət "mix zona"dan deyil, mətbuat konfransından gedir. Hətta federasiyanın Pünhan adlı rəsmisi Forvard.az saytının 5 aydır ki, müsahibə müraciətinə konkret cavab verə bilmir.
Federasiyada yanlış struktur, kortəbii sistem birbaşa Azərbaycan həndboluna ciddi zərbə vurur. Rəsmi saytlarında ümumiyyətlə struktur bölməsi yoxdur.
31-ci Azərbaycan həndbol mövsümündə www.handball.az saytında heç bir klub haqda geniş məlumat mövcud deyil. Milli komanda ilə bağlı məlumat yerli-köklu yoxdur. Uşaq həndbolunun yox vəziyyətdə olmasını, infrastruktur problemlərini federasiya mətbuatdan aralı gəzməklə öz düşüncələri ilə ört-basdır etmiş kimi hiss edir.
Sonuncu dəfə federasiya rəsmilərindən hər hansının kütləvi media önünə nə vaxt çıxdığını özləri belə unudublar. Görünür yetəri qədər nöqsanlar AHF-i kənarda, hətta pərdə arxasında gizlənməyə vadar edir.
AHF yeganə federasiyadır ki, bəlkə, heç bir maliyyə göstəricilərini açıqlamır. Eyni zamanda bu idmana yatırım etmək istəyən insanların cəlbi məqsədi ilə heç bir elan, təbliğat işi rəsmi saytda gözə dəymir. Rəsmi sayt qurumun güzgüsüdür, görünür "ayna" çoxdan gözə görünməz olub.
Saleh Məmmədov və komandası bu gedişlə həndbolu məhv günə qoymaqda davam edirlər.
Vəziyyət düzələcəkmi? Pünhan bəyin özünün dediyi kimi, müsahibəyə bir nəfər tapacaq və geri dönüş edəcək. Nə zaman tapacaq? Haradan tapacaq? Necə tapacaq? Tapandan sonra həndbol sevərlər də çox suala cavab tapacaq...
Ağa Dadaşzadə
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay