
Basketbol / Gündəm
30.09.2024, 11:50
"Abşeron"un baş məşqçisinin daha bir köməkçisi müəyyənləşib
"Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Tokerin daha bir koməkçisinin adına aydınlıq gəlib.
Klubun mətbuat xidmətindən Forvard.az-a verilən məlumata görə, Emin Cəfərovla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Mütəxəssis ilk dəfə yüksək liqa komandasının məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, vaxtilə Azərbaycan millisinin, klub karyerasında isə "Qala", "Neftçi" və "Şəki" klublarının şərəfini qoruyan Emin Cəfərov məşqçi kimi aşağı yaş qrupları üzrə komandalarda çalışıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay