
Futbol / Gündəm
6.11.2024, 16:30
AFFA "Beşiktaş" - "Makkabi" matçının Bakıda təşkil olunma ehtimalına münasibət bildirib
AFFA UEFA Avropa Liqasında Türkiyənin "Beşiktaş" və İsrailin "Makkabi" (Tel-Əviv) komandaları arasında matçın Bakıda təşkil olunma ehtimalına münasibət bildirib.
Milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bu barədə "Report"a qısa açıqlama verib.
O, AFFA -ya bununla bağlı hər hansı müraciət daxil olmadığını bildirib.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Beşiktaş" - "Makkabi" görüşü noyabrın 28-nə planlaşdırılıb. Türkiyə tərəfi təhlükəsizlik səbəbindən matçın İstanbulda keçirilməyəcəyini açıqlamışdı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay