
Futbol / Gündəm
6.11.2024, 16:00
“Zirə”nin ev tilsimi
Bu gün Misli Premyer Liqasının III turundan təxirə salınan oyunu keçiriləcək.
Forvard.az xəbər verir ki, “Zirə” və “Araz-Naxçıvan” ölkə çempionatları tarixində 6-cı dəfə üz-üzə gələcək.
İlk dəfə ötən çempionatda qarşılaşan rəqiblər cəmi 11 gün əvvəl də münasibətlərini ayırd ediblər. XI turun matçında komandalar hərəyə bir qolla bir xal qazanıblar.
Əvvəlki beş qarşılaşmada Naxçıvan təmsilçisi üstündür. Bölgə klubu 2 qələbə qazanıb. Bakılılar bir dəfə üç xala seviniblər. Digər iki matçda bərabərlik yaşanıb.
Top fərqində “Zirə” üstündür – 4-3. Bu, yeganə qələbənin üç top fərqi ilə olması ilə bağlıdır.
Qəsəbə klubu öz meydanında tilsimi qırmağa çalışacaq. Paytaxt təmsilçisi evdəki görüşlərdə qol vurmayıb. Naxçıvanlılar səfərdə bir qolla qələbə qazanıb və digər matçda heç-heçə ediblər.
Qeyd edək ki, “Zirə” – “Araz-Naxçıvan” qarşılaşması saat 19:00-da başlayacaq.
- 01.10.2023 Araz-Naxçıvan - Zirə (Bakı) 1:0 09.12.2023 Zirə (Bakı) - Araz-Naxçıvan 0:0 25.02.2024 Araz-Naxçıvan - Zirə (Bakı) 0:3 29.04.2024 Zirə (Bakı) - Araz-Naxçıvan 0:1 26.10.2024 Araz-Naxçıvan - Zirə (Bakı) 1:1
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay