Digər
5.11.2024, 15:41
“Yarpaq: Gənc Ekoloqların 1-ci Yay Liderlik Düşərgəsi” layihəsinin açılış mərasimi keçirilib – FOTOLAR
04 noyabr 2024-cü il tarixdə Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “Yarpaq: Gənc Ekoloqların 1-ci Yay Liderlik Düşərgəsi” layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Elsevər Bayramlı, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Elnur Əlizadə, baş katibi Nurlan Əliyev və 50 nəfər gənc iştirak etmişdir.
Layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə bağlı 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasının təmin olunması, yeniyetmə və gənclərin ətraf mühitə qarşı davranış hissinin formalaşması, gənclər arasında ekologiya sahəsində mühafizəkarlığın artırılması, gənclərin bu sahəyə olan maraqlarının daha da artırılması, həmçinin gələcəkdə lider ekoloqların yetişməsi, onların ekologiya sahəsində olan ideya və düşüncələrinin dəstəklənməsinə yönəlmişdir.
Üç gün ərzində gənclər iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və ekoloji təmiz həyat tərzi kimi mühüm mövzularda müxtəlif təlim və viktorinalarda iştirak edərək, ekoloji problemlərə dair yeni yanaşmalar əldə edəcəklər. Düşərgə, gənclərin bu mövzular üzrə biliklərini artırmaqla yanaşı, onların ekoloji problemlərin həllində fəal iştirakını təmin etmək və cəmiyyətin inkişafında mühüm rol oynayacaq fərdlər kimi formalaşmasına dəstək verməyi hədəfləyir.
Düşərgənin ilk günündə gənclər qruplara bölünərək problemləri müzakirə edib və müxtəlif ekoloji layihə təklifləri hazırlayıblar. Gənclər müxtəlif oyunlarda iştirak ediblər, səmərəli, əyləncəli asudə vaxt keçiriblər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay