
Futbol / Gündəm
31.10.2024, 15:30
"Araz-Naxçıvan"ın qapıçısı ölkəsinin yığmasına dəvət alıb
"Araz-Naxçıvan" klubunun moldovalı qapıçısı Kristian Avram ölkəsinin yığmasına dəvət alıb.
Forvard.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı oyunçu noyabrın 11-dən 20-dək millinin düşərgəsində olacaq.
Qeyd edək ki, Moldova yığması noyabrın 16-da Millətlər Liqasında Andorra ilə qarşılaşacaq. Komanda bundan üç gün sonra Cəbəllütariqlə yoxlama matçında qüvvəsini sınayacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay