Misli Premyer Liqası klublarının futbolçuları arasında ən çox ötürmə verənlər bəlli olub.

İdman.biz ölkə çempionatında ötürmələrin sayı və keyfiyyəti ilə bağlı digər statistik göstəriciləri nəzərdən keçirib.

Ötən 11 turda ən çox ötürmə verən Murad Xaçayevdir (“Sumqayıt”) - 711. Sonrakı iki göstərici də onun komanda yoldaşlarındadır. Elvin Bədəlov 666, Səbuhi Abdullazadə 583 ötürmə verib. Sumqayıtlı futbolçularla bu sahədə daha yaxından rəqabət aparan Ruan Renato (“Zirə”, 573) və Aleksey İsayevdir (“Qarabağ”, 567).

Ötürmələrin dəqiqliyinə gəldikdə, 100 faizli göstərici yalnız Sergey Samokdadır. Ancaq “Turan Tovuz”un qapıçısı oynadığı 2 matçdakı 90 dəqiqədə cəmisi 6 ötürmə verib. 94,59% dəqiqliyə malik David Qomis də (“Səbail”) cəmisi 74 ötürmə verib və 70-də dəqiq olub.

200-dən çox ötürməsi olanlar arasında ən sərrastı Kevin Medinadır. “Qarabağ”ın müdafiəçisi 94,42 faizlə ümumi siyahıda yuxarıda adları çəkilən iki futbolçudan sonra 3-cüdür. Onun 269 ötürməsindən 254-ü dəqiq olub. 500-dən çox ötürməsi olanların lideri 93,83 faizlə ümumi siyahıda 6-cı olan Aleksey İsayevdir. “Qarabağ”ın bu futbolçusu 567 ötürməsindən 532-ni dəqiq ünvana çatdırıb. Murad Xaçayev isə ötürmələrin sayının çoxluğuna baxmayaraq, siyahıda 32-cidir. “Sumqayıt”ın futbolçusunun 711 ötürməsindən 635-i, yəni 89,31%-i dəqiq olub.

Qeyri-dəqiq ötürmələri ilə seçilən futbolçular Ervin Koffi (“Neftçi”) və Felipe Santosdur (“Araz-Naxçıvan”). Onların hərəsinin 88 ötürməsi ünvana çatmayıb.

Uzun ötürmələrdə 100 faizli göstəriciyə malik 15 futbolçudan ən çox ötürmə sayı cəmi 9 ötürməsi olan Azər Əlyevdədir (“Neftçi”). Ən çox dəqiq uzun ötürmə sayı (58) Bəxtiyar Həsənəlizadədə (“Araz-Naxçıvan”) olduğu halda, onun ən yaxın izləyicisi – 52 dəqiq uzun ötürmə verən Elvin Bədəlov (“Sumqayıt”) 20-dən çox belə ötürməsi olan futbolçular arasında ən yüksək dəqiqlik faizinə malikdir – 75,36.

Qol ötürmələrində ən çox fərqlənən Boyan Letiçdir (“Sabah”) – 6. Ayman Boualidə (“Səbail”) bu göstərici 4, Toral Bayramov (“Qarabağ”) və Rüstəm Əhmədzadədə (“Zirə”) 3-dür.

Komanda göstəricilərinə gəldikdə, orta hesabla hər oyuna ən çox dəqiq ötürmə edən “Qarabağ”dır – 486,7. “Sumqayıt”da bu göstərici 397, “Zirə”də 390,3-dür. Ən aşağı göstərici “Şamaxı”dadır – 198,9.

Uzun ötürmələrdə lider “Zirə” və “Sumqayıtdır” – 28. “Araz-Naxçıvan” 3-cüdür – 27,2. Ən aşağı göstərici “Neftçi”dədir – 19,1.

Vüqar Məmmədov


Son xəbərlər

Azərbaycan avarçəkənləri Türkiyədə 1 qızıl və gümüş medal qazanıb

Kotsoyev gümüş qazanıb, Kokauri üçün bürünc şansı

“Zirə” “Kəpəz”ə qarşı - Heyətlər

Zelim Kotsoyev qızıl medal uğrunda mübarizə aparacaq

Azərbaycan gimnastı karyerasını başa vurub

İspaniya kubokunun finalında 8-ci "El Klasiko"

Avropa çempionatı: Kokauri və Kotsoyev 1/4 finalda

Yannik Sinner cəzadan sonra kortlara qayıdır

McLaren Formula E-dən Ayrılır

“Zirə” tarixində ilk dəfə ardıcıl iki medala sahib olub

Hidayət Heydərov Avropanın ən yaxşı cüdoçusu mükafatını alıb

Murad Fətiyev: "Dünya çempionatında medal götürməyi çox istəyirəm”

Azərbaycan komandası ilk 10-luğun astanasında

Olimpiya çempionumuzun Podqoritsa sınağı

“Zirə” “Kəpəz”ə qarşı

Madrid F1 Trasası: Sainz-ın Böyük İddiası

Meksika Qran Prisi uzadıldı

Alonsodan mühüm açıqlama

"Traktor"dan növbəti qələbə

Ayxan Abbasov: "Hər xal bizim üçün vacibdir"

Yunis Hüseynov: "Xallar itirməsəydik, bəlkə də 2-ci yerdə olardıq"

"Karvan" və "İmişli" Premyer Liqaya vəsiqəni təmin etdi

1-ci Liqa: "Qəbələ" çempion oldu

Türkiyə Kubokunun final matçının məkanı dəyişdirildi - RƏSMİ

"Turan Tovuz" "Şamaxı" ilə heç-heçə etdi

Tçkayev və Fətiyev fəxri kürsüyə qalxdı

CEV prezidenti Bakı səfərinin məqsədini açıqlayıb

"Real"ın müdafiəçisi zədəsini sağaldıb

Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibi müəyyənləşib

Fətiyev və Tçkayev üçün bürünc şansı

"Bayern Münhen"in növbəti "10 nömrəsi"

Eubank Jr. və Benn arasında gərgin qarşılaşma yaxınlaşır

Fərid Qayıbov FİBA-nın baş katibini qəbul etdi

UFC Bakı turnirində səkkiz döyüş rəsmən təsdiqlənib

Fərid Qayıbov CEV prezidentini qəbul etdi

Avropa çempionatı: 3 cüdoçumuz 1/8 finalda

İdmançımız Çində medal qazandı

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930