
Futbol / Gündəm
29.10.2024, 09:45
Azərbaycan millisi Portuqaliya ilə cavab matçına çıxacaq
Azərbaycanın qadın futbolçulardan ibarət yığması Avropa çempionatının I pley-off mərhələsində bu gün Portuqaliya ilə cavab matçına çıxacaq.
Forvard.az Vizela şəhərindəki eyniadlı stadionda baş tutacaq görüş saat 23:45-də start götürəcək.
Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Avropa çempionatı
Pley-off mərhələsi, cavab oyunu
29 oktyabr
23:45. Portuqaliya - Azərbaycan
İlk oyun - 4:1.
Hakimlər: Şona Şukrula, Martina Bur, Eşli de Haan, Culia van Es (hamısı Niderland).
Qeyd edək ki, cütün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək və ilk matçı evdə keçirəcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay