Futbol / Gündəm
21.09.2024, 23:48
Rəqibimizi diri-diri "yedik" - Erik Ten Haq
“Çox şansımız oldu, amma təəssüf ki, qol vura bilmədik. Qələbəyə layiq olduğumuz halda bir xalla qayıtmaq çətindir".
Bu sözləri İngiltərə Premyer Liqasının 5-ci turunda "Kristel Pelas" ilə "Mançester Yunayted" arasında keçirilən matçdan sonra qonaqların baş məşqçisi Erik Ten Haq bildirib.
Mütəxəssis matçda qələbəyə daha layiq olduqlarını vurğulayıb: “Düşünürəm ki, biz onlardan daha yaxşı idik, məncə onlardan qat-qat yaxşı idik. Onlardan daha çox şansımız oldu. Hesabı qoruyub saxlamaq həmişə gözəldir, amma ən vacibi, xüsusən də “Mançester Yunayted”də qalib gəlməkdir.
Baş məşqçi Ten Haq komandasının ilk hissədəki oyununu xüsusilə fərqləndirib: "Qələbə qazanmayanda mən kifayətlənmirəm. Qələbə qazanmalıydıq. Düşünürəm ki, birinci yarıda rəqibimizi diri-diri "yedik". Qapıçımız da öz növbəsində möhtəşəm qurtarışlarla yadda qaldı.
Qeyd edək ki, "Kristel Pelas"- "Mançester Yunayted" matçı 0:0 hesabı ilə yekunlaşıb. Aktivində 7 xalı "qırmızı şeytanlar" 11-ci, 3 xal toplayan "Kristel Pelas" isə 16-cı yerdədir.
Azad Nuriyev
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay