
Futbol / Gündəm
28.10.2024, 12:00
Portuqaliya - Azərbaycan oyununun hakimləri açıqlandı
AVRO-2025-in seçmə mərhələsinin 1-ci mərhələsinin Portuqaliya və Azərbaycan qadın milli komandaları arasında Vizela şəhərində keçiriləcək cavab oyununu (ilk oyun – 4:1) idarə edəcək hakimlər bəlli olub.
Forvard.az xəbər verir ki, baş hakim Şona Şukruladır. Ona laynsmenlər Martina Boer və Eşli da Haan, eləcə də dördüncü hakim Yulia van Es kömək edəcək.
Hakimlər briqadası Niderlanddandır.
Qeyd edək ki, Portuqaliya - Azərbaycan görüşü oktyabrın 29-da Vizela stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay