
Güləş / Gündəm
28.10.2024, 10:00
Dörd güləşçimiz dünya çempionatında mübarizəyə başlayır
Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatı başlayacaq.
Forvard.az xəbər verir ki, ilk gündə Azərbaycan 4 yunan-Roma güləşçisi mübarizə aparacaq.
Üçqat dünya çempionumuz Eldəniz Əzizli (55 kq) 1/8 finalda Bayram Sina (Almaniya) ilə üz-üzə gələcək.
Nihat Məmmədli (63 kq) təsnifat mərhələsində İldar Hafizovla (ABŞ) qarşılaşacaq.
Ülvü Qənizadə (72 kq) 1/8 finalda Otar Abuladze (Gürcüstan) - Dariuş Atilla Vitek (Macarıstan) cütünün qalibi ilə görüşəcək..
Qurban Qurbanov (82 kq) isə təsnifat mərhələsində Kevin Kupi (Albaniya) ilə güləşəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay