
Futbol / Gündəm
26.10.2024, 20:26
“Sumqayıt” "Səbail"ə qalib gəldi
Misli Premyer Liqasında 11-ci turun oyunları davam edir.
Forvard.az xəbər verir ki, bu gün daha 2 matç oynanılıb.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan”la “Zirə” ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Daha sonra “Səbail” öz meydanında “Sumqayıt”ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Sumqayıt” 7 tur davam edən qələbəsizlik seriyasına son qoydu.
Misli Premyer Liqası
XI tur
26 oktyabr
18:30. “Səbail” - “Sumqayıt” - 0:1
Qol: Silvanus Nimeli, 51
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, Elvin Bayramov
“ASCO Arena”
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay