“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda “Ayaks” 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib.

Forvard.az xəbər verir ki, o, əvvəlcə matça bağlı fikirlərini bildirib:

- Məğlub olduq. Oyuna heç də pis hazırlaşmamışdıq. Bunu siz də hiss etdiniz ki, oyuna çox dinamik başladıq. Ancaq sonda belə bir məğlubiyyət oldu. Oyunçularımızın qırmızı vərəqə alması daha pisdir. Digər oyunlarımız üçün də futbolçularımızın sayı azalır. Biz böyümək istəyirik. Ancaq bunun üçün bir çox elementlər lazımdır. Bəsit penaltilər, bəsit vərəqələr verilirsə, belə oyunlarda biz də detallara diqqət etməliyik. Komandam cəsarəti qoruyub saxlasa, daha yaxşı olacağına inanıram. Belə bir komandanın burada olması bizim üçün avantajdır”.

- Həm Juilo Romao, həm də Elvin Cəfərquliyev neçənci dəfədir ki, qırmızı vərəqə alır, onlarla söhbətiniz olacaq?

- Onlarla söhbət mütləq olacaq. Futbol mübarizə oyunudur. İlk mən futbolçunu qınayıram. Amma belə epizodlarda qırmızı verirlərsə, onda biz futbol oynamayaq. Bəzən ayaq sürüşür, bəzən özünü saxlaya bilmir. Həm Elvinin, həm Romaonun epizodunda hakimin verdiyi qərarlar biraz maraqlı gəldi mənə. Yəqin biz hakimlərin qayda-qanununu dərindən bilmirik. Bir komanda azlıqda qalırsa, buna görə ikinci sarı alırsa, demək ki, bunun arxasında nəsə durur. Mən hakimlərə nəsə demək istəmərəm, onların üzərinə getməmişəm. Bu hakimlər ölkəyə, bu azarkeşə hörmət edərək gəlməlidirlər. Mənə təsir edən odur ki, azlıqda qalan komandaya vərəqələr verirdilər. Amma inanmıram ki, bunu böyük komandaya qarşı edə bilərdilər.

- Heyət onsuz da kasad idi. Qırmızı vərəqə alan futbolçular qarşıdakı oyunu buraxacaq və bizi səfərdə Norveçin “Budo-Qlimt” klubu ilə ağır oyun gözləyir. Nə düşünürsüz?

- Biz yaxşı hazırlaşırıq. Əlimizdə nə qədər futbolçu qalacaqsa, onlarla çəkinmədən oynayacağıq.

- Bəhlul Mustafazadəni son anda meydana buraxdınız. Sizcə, Bədavi Hüseynovun yerinə o, olsaydı, daha yaxşı olardı?

- Bu gün belə qərar verdik ki, Bədavi Hüseynov və Kevin Medina daha hazırlıqlı idi. Bəhlulun da səhvləri olub müdafiədə. Amma o bizim hər halda əsas oyunçumuzdur. Meydanda olsaydı, biz qalib gələrdik kimi fikirlər məndə yoxdur. Bu gün mənim baxış bucağıma görə Bədavi və Kevin oynamağa layiq idilər.

- “Qarabağ” sanki, son zamanlar məğlubiyyətlə razılaşır. Bunun səbəbi nədir?

- Biz bu gün də məğlubiyyətlə barışmırıq. 10 nəfər qalsaq da, rəqibdən çəkinmədik, geri çəkilmədik. Nə oyunun əvvəli, nə də oyunun sonunda... İstənilən komanda illər boyu uğurlu ola bilməz. Hardasa eniş olur. Məğlubiyyət olsa da, oyunumuz da yaxşı idi. Bütün matçlarda belə idi. Hər zaman da belə olacaq. “Bayer” keçən il bütün oyunları qazansa da, bu il o qədər də uğurları yoxdur.

- Sizin istefanızla bağlı paylaşımlar olur. Bu barədə nə deyə bilərsiz? Məşhurlar da sizin getməli olduğunuzu deyirlər…

- Bilmirəm ki, onlara nə deyim, sözüm yoxdur. Mən istənilən sahədə uğurlu olan azərbaycanlını dəstəkləyirəm. Sosial şəbəkələrdən də buna görə uzağam ki, nəsə yanlış olar.


Son xəbərlər

"Beşiktaş" İngiltərə millisinin hücumçusu ilə maraqlanır

"Naxçıvan" "Abşeron"a qalib gəlib

Millimiz Estoniyaya məğlub olub

Mahir Emreli "Nürnberq" komandasında növbətini qolunu vurub

Ronaldo İngiltərə klublarının hədəfində?

"Turan Tovuz"un kapitanı "Qalatasaray"ın oyununda

Olimpiya çempionlarının Bakıda qələbə iddiası

"Milan"ın sabiq futbolçusu 31 yaşında karyerasını bitirdi

“Gəncə” “Milli Aviasiya Akademiyası”na qarşı

Xorvatiya millisinin sabiq üzvü qəzada həlak oldu

"Sabah" "Səbail"ə, "Qarabağ" "Neftçi"yə qarşı

Elnur Abdullayev bütün rəqiblərindən ehtiyat edir

“Qaradağ Lökbatan”ın direktoru nikbin danışdı

Aqşin Mürsəlov: “İkiqat sevincliyik”

Elmar Baxşıyev: "Hakimlikdən danışmaq istəmirəm"

Yunis Hüseynov: "Risk etmək istəmədik"

"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı

"Neftçi" "Qarabağ"la matça 4 itki ilə çıxacaq

cüdo hakimləri üçün praktiki seminar təşkil olunub

Mart ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

14 yaşadək şagirdlər arasında “Qızlar Futzal Kuboku” keçiriləcək

“Qarabağ”la “Zirə” geriləyib, “Neftçi” mövqeyini qoruyub

Yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək

Daha bir Almaniya klubu Mahir Emrelini istəyir

Tofiq Musayev UFC-də: Debüt Bakıda olacaq

Bundesliqada yeni müqavilə

“Qarabağ”ın müəyyənləşdirdiyi yeni transfer qiyməti eşidənləri ŞOKA SALACAQ!

Messi gələcək karyerası ilə bağlı qərar verir

“Mançester Yunayted” avrokuboklarda unikal nailiyyət əldə edib

Füzulidə avarçəkmə nümayişi və əyləncəli proqram

UEFA reytinqində son vəziyyət necədir?

AL-da 1/4 final mərhələsinə yekun vuruldu

“Qəbələ” bu gün I Liqada çempionluğu rəsmiləşdirə bilər

XXXI tura bir oyunla start veriləcək

KL-da yarımfinalçılar bəlli oldu

Amit Quluzadə: “Öz kişiliyimizlə I liqada oynayırıq”

"Maşında ciddi problemlər var"

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930