
Futbol / Gündəm
24.10.2024, 14:22
Ot örtüyünə görə 1-ci liqa matçının yeri dəyişdirildi
Birinci Liqanın 6-cı turunun “Baku Sportinq” – “Qaradağ Lökbatan” matçının yeri dəyişdirilib.
Forvard.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Hava şəraiti ilə əlaqədar olaraq “Baku Sportinq Arena”nın ot örtüyünün yararsız vəziyyətə düşməsi ilə bağlı “Baku Sportinq” klubunun müraciəti, “Qaradağ Lökbatan” klubunun razılığı, Peşəkar Futbol Liqasının yekun qərarı ilə “Baku Sportinq” və “Qaradağ Lökbatan” arasında keçirilməli olan 1-ci və 2-ci dövrənin oyunlarının yeri dəyişdirilib.
Komandalar arasında 6-cı turun oyunu haz;rda Lökbatan OİK stadionunda keçirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











