
Futbol / Gündəm
23.10.2024, 11:00
"Qarabağ" və "Sumqayıt"ın əvəzedici komandalarına texniki məğlubiyyət verilib
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən "Qarabağ-2" və "Sumqayıt-2" komandalarına texniki məğlubiyyət verib.
Forvard.az-ın məlumatına görə, Ağdam klubu "Kəpəz-2" ilə X turun matçında futbolçu limitini pozduğu üçün 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.
"Köhlən atlar" həmçinin 400 manat cərimə olunub.
"Gənclik şəhəri" təmsilçisi isə həmin turda "Turan Tovuz-2" ilə matçda legioner limitini pozub. Bu səbəbdən komanda 0:3 hesablı texniki məğlubiyyət alıb və 400 manat cərimələnib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay