
Şahmat / Gündəm
21.09.2024, 14:08
Aydın Süleymanlı Olimpiadada topladığı xallara görə liderdir
Aydın Süleymanlı Macarıstanın Budapeşt şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında topladığı xallara görə Azərbaycan komandasının lideridir.
Forvard.az xəbər verir ki, birinci lövhədə çıxış edən qrossmeyster hazırda 7 oyun keçirib və 5 xal toplayıb.
Əgər “oyunlar-xallar” nisbətindən danışsaq, Şəhriyar Məmmədyarovun effektivliyini qeyd etmək olar: 5 oyunda 4 xal.
Kişilərdən ibarət Azərbaycan yığması 8 turdan sonra 10 xal toplayaraq 14-cü yerdə qərarlaşıb.
Qadınlardan ibarət yığmamıza gəlincə, Gövhər Beydullayeva 6 oyundan 5 xal toplayaraq komandada birinciliyini qoruyur.
10 xal toplayan qadınlarımız Olimpiadada 19-cu yerdədir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay