
Futbol / Gündəm
21.10.2024, 18:10
"Qarabağ" - "Ayaks" matçına nə qədər bilet satılıb?
UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa bilet satışı davam edir.
Forvard.az xəbər verir ki, artıq bu oyun üçün 20200 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.
Oktyabrın 24-ü saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











