"Qarabağ" Misli Premyer Liqasının 10-cu turunda səfərdə "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib.


Forvard.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Milli fasilədən sonra vacib qələbə idi. Düzdür, oyundan çox razı qalmadım. Dinamika istənilən səviyyədə deyildi. Futbolçuların bir-birini sığortalaması düşündüyümüz kimi olmadı. Yalnız dünən bütün komanda birlikdə məşq etdi. "Kəpəz" çox istəkli idi. Onlara uğurlar arazulayıram.

- Futbolçular millidəki məğlubiyyətlərin təsirindən çıxa bilib?

- Normal idilər. Bir az üzgünlük var idi. Gördüyünüz kimi toparlanıblar. Amma məğlubiyyətlər yaddan çıxmır. Ümid edirəm millimiz qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edər. Ən əsası odur ki, bu gün hamı oyunu zədəsiz başa vurdu.

- AFFA İcraiyyə Komitəsinin üzvü kimi milli komandanın məğlubiyyətlərini sizin də passivinizə yazmaq olar?

- Bu günlərdə bu məsələləni nə qədər az müzakirə etsək, daha yaxşı olar. Hər birimiz üzgünük. Bəlkə də bu oyunların bir neçəsi məğlub olası oyun deyildi. Millimiz əlinə düşən fürsətlərdən yararlana bilmədi. Bu durumdan çıxmaq lazımdır. Fernandu Santuş çox təcrübəli məqşçidir. İnanıram ki, psixoloji cəhətdən futbolçulara düzgün yanaşa biləcək. Hamımız milli komandanın yanında olmalıyıq. Qarşıdakı matçlara daha istəkli və sakit hazırlaşmaq lazımdır.

- Nəriman Axundzadə ilə Musa Qurbanlının məhsuldarlığı azdır. Bunun səbəbi nədir?

- Hər ikisi əsas heyət oyunçusu deyil. Digər tərəfdən Nəriman pis təsir bağışlamır. İki oyundanbir qol və ya assistlə yadda qala bilir. Miusa Qurbanlının uzun fasilədən sonra ikinci oyunu idi. Rəqabətdə uduzurlar. Yaxşı nəticə vermək üçün oynadıqları dəqiqələr çox olmaldıır.

- Musa Qurbanlını icarəyə verməyi düşünürsüz?

- "Qarabağ"da yerli oyunçularımız heç də az oynamır. Üç cəbhədə mübarizə aparırıq. İcarəyə versək, özümüz də oyunçusuz qala bilərik.

- İlqar Qurbanov "Sabaha saxlamayaq" verilişində bildirdi ki, əvvəllər milli komandaya sifarişlə futbolçular dəvət olunurdu. Siz də millinin baş məşqçisi olmusuz. Sizin dövrünüzdə belə hal olub?

- Məni düz anlayın. Mən qeyri-ciddi fikirlərə önəm vermirəm. Bu danışıqlar sovet düşüncəsidir. Bacarıqlı futbolçuya görə heç kim zəng etmir. Mən belə şey görməmişəm, şahidi olmamışam. Belə fikirlər insanları futboldan uzaqlaşdırır. Mənə kim sifariş edə bilər ki? Verilişə baxmamışam. İlqarı görəndə soruşaram. Bəlkə mənə deyər ki, kimlər sifarişlə çağırılıb.

- Benzianın bu gün oynamaması "Ayaks"la oyuna daha yaxşı hazır olması üçün idi?

- Bu gün "Ayaks"la oyun barədə düşünmürdük. Hazır olan futbolçuları meydana buraxdıq. Onu əvvəlcədən meydana buraxmaq risk olardı. "Ayaks"la oyuna bir neçə gün vaxt var. Futbolçuların hazırlıq durumuna baxıb heyətlə bağlı qərar verəcəyik.


Son xəbərlər

Arif Əsədov: “Qarabağ”la ancaq qürur duymalıyıq”

Adil Mahmudov “Qarabağ”ın “Çelsi” ilə görüşdə uğur qazanacağına inanır

“Qarabağ” azarkeşlərin arzusunun həyata keçirir: Hücumçu ilə danışıqlar başladı FOTO

Azərbaycan yığmalarının İslamiadada ilk sınaqları

"Real" - "Liverpul"u, PSJ - "Bavariya"nı sınağa çəkəcək

Veteran cüdoçumuz dünya üçüncüsü olub

"Beşiktaş" danimarkalını transfer etməyi planlaşdırır

Azərbaycanın dağları var, bəs Alpinizm Federasiyası?

Röyadan sürpriz qərar

I Liqanın bombardiri: “Neftçi”yə bir az şok yaşatdıq”

Qardaşından Röyaya sürpriz bəstə

Azər Bağırov kubokdakı böyük hesablı qələbələrindən danışdı

Qəzənfər Abbasov: “Futbolçularımın gücü çatmadı...”

“Ganjavi Holding” prezidenti sentyabr ayı üçün iki mukafata layiq görülüb

Azərbaycan Futbolunda Yeni Dövr: PFL bunu da bacardı

Xəqani Məmmədov:“Ağdamlılar təzyiqə dözməli və boşluqlar verməməli idi”

Ceyhun Sultanov “Qarabağ”ın daha çox qol vurmalı olduğunu dedi

Şəki klubunun baş məşqçisi: “İnşallah ki, allah utandırmaz”

İlham Yadullayev komandasının ilk qələbəsindən danışdı

Rüstəm Məmmədov yetirmələrinin oyunundan razıdır

Klub prezidenti: “Hakimlər robot deyillər”

“Göyəzən”in yeni prezidenti hədələrini açıqladı

"Traktor" Çempionlar Liqasında darmadağınla qalib gəldi

Tarixində ilk dəfə İsveç çempionu oldu

Vətənə Hazıram–Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə keçirilib - FOTOLAR

Urfan İsmayılov: “Qarşımıza məğlubityyətsizlik seriyası yox, çempionluq hədəf qoyulub”

“Şirvan”ın baş məşqçisi ilk “5-liy”i hədəfləyir

Cüdoçularımız Meksika Qran-prisində üç medal qazandılar

"Əl-Hilal"ın futbolçusu "Fənərbaxça"nın hədəfində

“Qaradağ Lökbatan”ın futbolçusu: “II Liqada asan rəqib yoxdur”

Müğənni Elçin Cəfərov bu gün doğum gününü qeyd etdi

Tural Qurbatov: “İstəməzdik ki, belə nəticə olsun...”

Het-rik edən futbolçudan qələbə şərhi

Abubakar Bakıda “Neftçi” ilə müqavilə imzalayır

“Göyəzən”in yeni baş məşqçisi: “Çalışacağıq ki, layiqli mübarizə aparaq”

Amit Quluzadə U-21 yığmamızın əmin əllərdə olduğunu düşünür

Azərbaycan şahmatçıları təltif olundular

Bütün xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930