
Basketbol / Gündəm
18.10.2024, 12:07
Azərbaycan Basketbol Liqası: 2024/2025 mövsümü bu gün start götürəcək
Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümü bu gün bir oyunla start götürəcək.
Forvard.az xəbər verir ki, A qrupunda yer alan "Neftçi" və "Naxçıvan" komandaları Bakı İdman Sarayında münasibətləri aydınlaşdıracaqlar.
Görüşün start fiti saat 20:00-da səslənəcək.
Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay