İkinci ildir keçirilən II Liqada ilk dəfə oyun baş tutmayıb. “Lerik” maliyyə problemi olduğuna görə “Şəfa” ilə bu gün Bakıda keçirilməsi nəzərdə tutulan oyuna gələ bilməyib.
Leriklilər meydana çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət alacaq.
Bu barədə rəsmi qərar İntizam Komitəsinin iclasından sonra açıqlanacaq.
Peşəkar Futbol Liqasından matçla bağlı açıqlama verilib: “Lerik” maliyyə problemi ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. PFL prosedura uyğun olaraq, əlaqədar komitələri və “Lerik”in turdakı rəqibini bununla bağlı məlumatlandırıb. Qaydalara uyğun olaraq, oyun rəsmiləri, “Şəfa” matçın təyin olunduğu vaxtda stadionda olub. Prosedur olaraq oyunun təyin olunan vaxtdan sonra 30 dəqiqə müddət gözlənilib və daha sonra görüşün baş tutmaması bütün rəsmi şəxslərin protokolunda öz əksini tapıb. Məsələyə AFFA İntizam Komitəsində baxılacaq”.
“Lerik”in İdarə Heyətinin sədri Famil Məmmədov yaranmış problemlə bağlı Sportinfo.az-a açıqlama verib:
“Xatırlayırsızsa, yaxınlarda sizin sayta açıqlama verərək, klubumuzun maliyyə vəziyyətinin çətin olduğunu bildirmişdim. Maddi cəhətdən çox pis durumdayıq. Oyunlara çıxa bilmirik, müəyyən qədər borclarımız da yaranıb. Komandamız axır iki turda böyük hesabla məğlubiyyətə uğrayıb. Bunun da bir səbəbi maliyyədir. Futbolçulara pul verə bilmirik, onlar da çıxıb başqa yerlərə, hətta Region Liqasına getmək istəyirlər. Komanda bir yerdə məşq də edə bilmir. Növğəti turlarda necə olacaq? Belə davam etsə, klubumuz fəaliyyətini dayandıracaq. Peşəkar Futbol Liqasının reqlamentinə əsasən, bir komanda mövsüm ərzində iki dəfə oyuna çıxmasa, avtomatik olaraq çempionatdan kənarlaşdırılacaq. «Şəfa» ilə oyun artıq keçirilmədi. İstəmərik növbəti belə hal baş versin. Üçüncü ildir əziyyət çəkirik, Lerikdə futbol adına kifayət qədər iş görmüşük. Öz şəxsi vəsaitimizdən bura kifayət qədər pul xərcləmişik. Ötən müddət ərzində çox adamla görüşdük , zəngləşdik, nəticə olmadı. Ona görə də məcburiyyət qarşısında qalıb bu addımı atmalı olduq. Çox üzülürük, amma neyləyək, bu hal məhz bizim komandanın başına gəldi».


Son xəbərlər

"Beşiktaş" İngiltərə millisinin hücumçusu ilə maraqlanır

"Naxçıvan" "Abşeron"a qalib gəlib

Millimiz Estoniyaya məğlub olub

Mahir Emreli "Nürnberq" komandasında növbətini qolunu vurub

Ronaldo İngiltərə klublarının hədəfində?

"Turan Tovuz"un kapitanı "Qalatasaray"ın oyununda

Olimpiya çempionlarının Bakıda qələbə iddiası

"Milan"ın sabiq futbolçusu 31 yaşında karyerasını bitirdi

“Gəncə” “Milli Aviasiya Akademiyası”na qarşı

Xorvatiya millisinin sabiq üzvü qəzada həlak oldu

"Sabah" "Səbail"ə, "Qarabağ" "Neftçi"yə qarşı

Elnur Abdullayev bütün rəqiblərindən ehtiyat edir

“Qaradağ Lökbatan”ın direktoru nikbin danışdı

Aqşin Mürsəlov: “İkiqat sevincliyik”

Elmar Baxşıyev: "Hakimlikdən danışmaq istəmirəm"

Yunis Hüseynov: "Risk etmək istəmədik"

"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı

"Neftçi" "Qarabağ"la matça 4 itki ilə çıxacaq

cüdo hakimləri üçün praktiki seminar təşkil olunub

Mart ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

14 yaşadək şagirdlər arasında “Qızlar Futzal Kuboku” keçiriləcək

“Qarabağ”la “Zirə” geriləyib, “Neftçi” mövqeyini qoruyub

Yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək

Daha bir Almaniya klubu Mahir Emrelini istəyir

Tofiq Musayev UFC-də: Debüt Bakıda olacaq

Bundesliqada yeni müqavilə

“Qarabağ”ın müəyyənləşdirdiyi yeni transfer qiyməti eşidənləri ŞOKA SALACAQ!

Messi gələcək karyerası ilə bağlı qərar verir

“Mançester Yunayted” avrokuboklarda unikal nailiyyət əldə edib

Füzulidə avarçəkmə nümayişi və əyləncəli proqram

UEFA reytinqində son vəziyyət necədir?

AL-da 1/4 final mərhələsinə yekun vuruldu

“Qəbələ” bu gün I Liqada çempionluğu rəsmiləşdirə bilər

XXXI tura bir oyunla start veriləcək

KL-da yarımfinalçılar bəlli oldu

Amit Quluzadə: “Öz kişiliyimizlə I liqada oynayırıq”

"Maşında ciddi problemlər var"

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930